AnalitikaGündəmSiyasət

Türk xalqlarını birləşdirən ortaq dəyərlərimiz – Türkmənistan Azərbaycan münasibətləri

Türkmən və Azərbaycan xalqları ortaq tarixi, dili, mədəniyyəti və mənəvi dəyərləri paylaşan, əsrlər boyu bir-birinə yaxın olmuş iki qardaş xalqdır. Onların arasında həm etnik, həm də mədəni bağlar çox güclüdür. Hər iki xalq Türk dünyasının bir parçasıdır və bu ortaq kimlik onları tarix boyu birləşdirmişdir. Ədəbiyyat, musiqi, adət-ənənələr və həyat tərzindəki oxşarlıqlar, eyni zamanda bir-birinə göstərilən qarşılıqlı hörmət və dəstək bu dostluğun və qardaşlığın bariz nümunəsidir.

Azərbaycan və Türkmənistan arasında həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq və regional məsələlərdə mövqelərin üst-üstə düşməsi bu iki qardaş ölkənin əməkdaşlığını daha da gücləndirir. Hər iki ölkə enerji resurslarının dünya bazarlarına çıxarılmasında əməkdaşlıq edir. Hər iki ölkə Türk dünyasının birliyi və inteqrasiyasını dəstəkləyir. Mədəni, iqtisadi və siyasi inteqrasiya sahəsində ortaq baxışa malikdirlər. Azərbaycan və Türkmənistan regional əməkdaşlıq və sabitlik məsələlərinə eyni yanaşır, münaqişələrin sülh yolu ilə həllini, qarşılıqlı hörmət və suverenlik prinsipinə əsaslanan münasibətləri müdafiə edirlər. Türkmənistan lideri Qurbanqulu Məlikquliyeviç Füzuli rayonunda Azərbaycan xalqına hədiyyə olaraq bir məscid tikilməsini təklif edib. Prezident bu təklifi minnətdarlıqla qəbul edib və hazırda məscidin memarlıq layihəsi hazırlanıb, yaxın günlərdə isə təməl atılacaq.

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv ölkələr arasında əməkdaşlığı gücləndirmək və regional inkişafı dəstəkləmək məqsədilə mühüm platformadır. ECO zirvə görüşü təşkilata üzv dövlətlərin liderlərini bir araya gətirərək siyasi, iqtisadi və sosial məsələlərin müzakirəsi üçün şərait yaradır. Zirvə görüşlərində əsas məqsəd regional iqtisadi inteqrasiyanı genişləndirmək, ticarət əlaqələrini artırmaq, nəqliyyat, enerji, ekologiya və rəqəmsal sahələrdə əməkdaşlığı inkişaf etdirməkdir. Bundan əlavə, üzv ölkələr arasında qarşılıqlı dəstək və ortaq layihələrin həyata keçirilməsi regionun sabitliyinə və rifahına mühüm töhfə verir. Beləliklə, ECO zirvə görüşü regional həmrəyliyin gücləndirilməsi, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və xalqlar arasında dostluğun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Azərbaycan və Özbəkistan dostluğu təkcə bugünkü siyasi maraqlara deyil, həm də ortaq köklərə, mədəniyyətə və qardaşlığa əsaslanır. Bu dostluq gələcəkdə də daha da möhkəmlənəcək və Türk dünyasının birliyinə töhfə verəcəkdir. Həm Azərbaycan, həm də Özbəkistan prezidentlərinin nəzarəti altında həyata keçirilən “Businesstex JV” adlı tikiş fabriki Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Xankəndidə yerləşən birgə müəssisə olaraq fəaliyyət göstərir və bu layihə həmrəylik nəticəsidir. Fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə iki ölkə prezidentinin tapşırığı əsasında baş tutmuşdur. Fabrik həm istehsalda, həm də investisiya və əməkdaşlıq baxımından iki ölkənin birgə səylərinin nəticəsidir. Həmçinin, bu iki ölkə arasındakı münasibətlər sadəcə diplomatik çərçivədə qalmır.

Bundan əlavə, biz sözdə deyil, əməldə dostuq, qardaşıq. Bunu Qarabağın yenidən qurulmasında, birgə layihələrdə, ortaq strateji baxışımızda və xalqlarımız arasında isti münasibətlərdə aydın görürük. Bu dostluq və qardaşlıq münasibəti təkcə rəsmi bəyanatlarda deyil, real layihələrdə, qarşılıqlı dəstəklərdə və konkret addımlarda özünü göstərir. Şuşada Özbəkistanın hədiyyəsi olan “Mirzə Uluqbəy” məktəbi artıq fəaliyyət göstərir. Bu, Qarabağın bərpasında Özbəkistanın dostluq jestidir. Hər iki ölkənin Türk dünyasının birliyi və gələcəyi üçün eyni hədəflərə sahib olması da bunu sübut edən əsas nümunələrdəndir.

Xəzər rayonu, 149 saylı tam orta məktəbin müəllimi
Gülarə Muxtar

Oxşar Xəbərlər

Back to top button