
17 sentyabr 2026-cı ildə Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər səxslərinin qəbulu kecirilib. Azərbaycan Respublikasının Prezidenti lham Əliyevin istirakı ilə bas tutan bu görüş regionda cərəyan edən sürətli geopolitik dəyisikliklər fonunda Türk dünyasının vahid təhlükəsizlik çətirinin formalasması baxımından mühüm tarixi addımdır.Prezident İlham Əliyev çıxışında TDT-yə üzv ölkələrin beynəlxalq müstəvidə rolunun artırılmasının və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini xüsusi vurğulamışdır. Görüşdə müzakirə olunan əsas istiqamətlərdən biri təhlükəsizlik doktrinasıdır. Təhlükəsizlik anlayışı yalnız hərbi və ya kəşfiyyat sahəsi ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizlərinin mühafzəsi və kiber-təhlükəsizlik vahid strateji çərçivədə dəyərləndirilir.Kollektiv mübarizə mexanizmlərinə transmilli təhdidlərə, terrorizmə, qeyri-qanuni miqrasiyaya və mütəşəkkil cinayətkarlığa qarşı birgə operativ məlumat mübadiləsi və koordinasiyanın gücləndirilməsi aiddir.
Strateii Coğrafiya və Logistika Təhlükəsizliyinin Bakı görüsü göstərdi ki, Türk dövlətləri şərqdən qərbə qədər uzanan strateji nəqliyyat və enerji xətlərinin qorunmasında ortaq məsuliyyət daşıyır.Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marsrutu) kimi mühüm layihələrin təhlükəsizliyinin təmin olunması regional sabitliyin əsas zəmanətçisinə çevrilir.
“Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil,deyə Azərbaycan Respublikasının Prezidenti İham Əliyev çıxışında bildirmişdir.
17 sentyabr görüsü TDT-nin təkcə igtisadi və mədəni platforma deyil, həm də regional sabitlik ve təhlükəsizlik mərkəzi kimi formalaşdığını sübut etdi. Azərbaycanın ev sahibliyi ilə atılan bu addım Türk dünyasının qlobal təhdidlərə garsı immunitetini artırmaqla yanaşı, təşkilatın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.
Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr



