Analitika

Türk Dövlətləri Təşkilatı müxtəlif türk millətlərini və dövlətlərini birləşdirən beynəlxalq bir təşkilatdır

Türk dövlətlərinin ən məşhur ittifaqlarından biri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və digər türk ölkələrini əhatə edən Türk Şurasıdır. Bu ölkələr birlikdə iqtisadiyyat, siyasət, mədəniyyət və təhlükəsizlik sahəsində əməkdaşlıq da daxil olmaqla müxtəlif məqsədlərlə əməkdaşlıq edirlər.

Müstəqil Azərbaycan öz mövcudluğunun ilk günlərindən aktiv xarici siyasət apararaq, beynəlxalq aləmin digər subyektləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş və zamanla öz sözünü deyən bir dövlətə çevrilmişdir. Aktiv şəkildə həyata keçirilən xarici siyasətimizin ayrılmaz bir hissəsi də Türk dövlətləri ilə olan münasibətlər təşkil edir. Ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunu, qardaşlığını təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.

Prezident İlham Əliyev cari ilin 3 noyabr tarixində Astanada Türk Dövlətləri təşkilatının “TÜRK ƏSRİ” çağrışı altında 10-cu Zirvə görüşündə iştirak etdi. Bu görüşdə bir sıra məsələlər müzakirə olundu. Prezident öz çıxışında bir sıra məsələlərə toxundu.

Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.Son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur.

Son iki il ərzində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı qardaş dövlətlərin rəhbərlərinin də həmin dövrdə Azərbaycana çoxsaylı səfərlər etdiklərini vurğulayıb.

Azərbaycan Prezidenti Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verilən dəstəyə görə minnətdarlığını bildirib.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button