
“Son günlər Bakının sözün əsl mənasında bütün Türk dünyasının döyünən ürəyinə və birləşdirici mərkəzinə çevrildiyini əyani müşahidə edirik. Əslində, bu, Bakının tarixi missiyasıdır. Bakı bu missiyanı hələ 1926-cı ildə Birinci Türkoloji Qurultayına ev sahibliyi etməklə öz üzərinə götürüb. Və bu missiya bu gün də dövlətimiz tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən təşkilat çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilən ardıcıl görüşlərin türk dövlətləri arasında fəal qarşılıqlı əlaqənin göstəricisi olduğunu bildirməsi də bir daha bu həqiqəti təsdiqləyir”.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-na üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir”.
Bakının müxtəlif sahələr üzrə yüksək səviyyəli TDT tədbirlərinə tez-tez ev sahibliyi etməsi ölkəmizin ikitərəfli gündəliyinin ilk növbədə Türk dünyası ölkələrinə yönəldiyini əyani şəkildə göstərir. Çünki Azərbaycan Prezidenti TDT-nın siyasi çəkisinin və iqtisadi gücünün daha da artırılmasının mümkünlüyünə inanır. Həmçinin təşkilat üzvlərinin Türk dünyasına yönələn ideoloji təxribatlara qarşı birgə mübarizə aparmasının vacibliyinin Prezident İlham Əliyev tərəfindən önə çəkilməsi də ortaq fəaliyyətlərimizdən biri ola bilər. Bu baxımdan dövlət başçımız tamamilə haqlı olaraq bildirdi ki, müasir geosiyasi şəraitdə enerji, nəqliyyat və təhlükəsizlik və ideoloji təxribatlara qarşı mübarizə artıq bir-birindən ayrı istiqamətlər kimi nəzərdən keçirilə bilməz.
“Bu mənada, dövlətimizin başçısının TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündəki çıxışının yekununda səsləndirdiyi bu fikir bütün türk dövlətlərinin təməl hədəfinə çevrilməlidir: “Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-nı birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq”. Prezident İlham Əliyev bu hədəfi bəyan etməklə türk dövlətləri üçün yeni yol xəritəsi çəkmiş oldu”.
Böyük dövlətlər, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri üçün bu, maraqlı olduqda, qətnamələri bir gün ərzində həyata keçirirlər. Bu, onlar üçün maraqlı olmadıqda və ya bizim vəziyyətimizdə olduğu kimi, bunu özləri üçün əlverişsiz hesab etdikdə isə həmin qətnamələr 30 il ərzində kağız üzərində qaldı. Sonra biz gəlib bizə məxsus olanı geri aldıq.
Ona görə də bu məsələlər daha qlobal xarakter daşıyır. Lakin bir daha demək istəyirəm ki, biz birgə səylərlə təşkilatımızın potensialını o dərəcədə gücləndirməliyik ki, o, ən yüksək tribunlardan təkcə öz mövqeyini bəyan etməsin, həm də onu müdafiə edə bilsin. Bütün bunlar bizim, ölkələrimizin əlindədir. Buna birgə səylərlə nail olacağıq.
Beləliklə, bir daha “Xoş gəlmisiniz!”, uğurlar arzulayıram və bizə tez-tez gəlin.
Maya Qənbərova,
YAP fəalı, Hacıqabul Tarix Diyarsünaslıq Muzeyinin əməkdaşı



