Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Əlaqələlərin necə uğurlu olduğunu sübuta yetirən faktlardan biri də budur, Son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Unutmayaq ki , Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Birgə sərmaye fondlarının yaradılması başlanmışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı.
Sözsüz , bu investisiya fondlarının yaradılması iki dövlət arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə, iqtisadi əlaqələrin sabit inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəlmiş investisiya fəaliyyətinin fəallaşdırılmasına, iki dövlətin işgüzar dairələri arasında birbaşa əlaqələrin inkişafını təşviq etməyə hesablanıb. Bu bir daha sübut edir ki, beləliklə ölkələr arasında bu kimi münasibətlərin qurulması həm iqtisadi , həm də siyasi cəhətdən inkişaf prioriteti sayılır. Hətta dünya ölkələrinə bir mesajdır ki, Türk Dövlətləri Təşkilatı qardaş ölkələrin birliyidir. Bu birlik hər hansısa bir təhdidə cavab verəcək gücdədir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb və gündən-günə də daha da inkişaf edəcəyindən əminik.
Ələkbər Saleh,
YAP-ın fəalı