Tranzit ölkə statusu
Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına böyük imkanlar yaratmaqla bərabər, həm də türkdilli ölkələrin əsas magistral kəməri statusu qazanan Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkəmizin dünya dövlətləri ilə əlaqələrinin genişlənməsində, yeni münasibətlərin yaranmasında mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin təntənəsi olan BTC Azərbaycan xarici siyasətinin formalaşmasında, dünya dövlətləri arasında siyasi və iqtisadi nüfuzunun artmasında mühüm rol oynamışdır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli 2022-ci ildə Bakıda, Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulmuş, 2004-cü ildə isə “Gürcüstan” sarayında Azərbaycan, Gürcüstan və Türkiyə hökümətlərinin BTC kreditorlar qrupunun nümayəndələri boru kəmərinin tikintisinin maliyyələşdirilməsi üçün layihənin son maliyyələşmə sənədlər paketini imzalamışlar. 2006-cı ildə Türkiyənin Ceyhan şəhərində açılış mərasimi keçirilən, XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Baki-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin ümumi uzunluğu 1767 kilometr, istismar müddəti 40 il orta ötürücülük qabiliyyəti isə gündə 1 milyon bareldir. Qazaxıstanın əsas ixrac marşutu Rusiya ərazisindən keçir. Belə ki, Qazaxıstan neftinin Rusiya ərazisindən tranzitlə ixracı üçün Xəzər Boru Kəməri Konsorsiumu yaradılmışdır. Ümumi uzunluğu 1511 kilometr olan və Qərbi Qazaxıstanı Qara dəniz sahilləri ilə birləşdirən Konsorsium Qazaxıstan neftinin əsas ixrac marşutu olan Tengiz-Novorossiysk boru kəmərinə sahibdir. Mərkəzi Asiya ölkəsindən nəql olunan neftin 80 faizindən çox Tengiz-Novorossiysk boru kəməri vasitəsilə ötürülür. Rusiya illik tutumu 67 milyon ton neft olan kəmərin fasiləsiz olaraq fəaliyyətini təmin edə bilmir. Buna görədə Qazaxıstan Rusiyadan aslılığını azaltmaq məqsədilə daha etibarlı ixrac marşutu axtarır.
Belə ki, ötən il Qazaxıstanın Rusiyadan başqa marşurtlarla neft ixracı 2021-ci illə müqaisədə 638 min ton ataraq 1,8 milyon tona ( gündə 36 min barel) çatıb. Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Qazaxıstan neftinin ixracı nisbətən az olsa da, Moskvanın 2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Rusiya limanları alıcılar üçün təhlükəli oldu. Bu isə neft və qaz ixracatçısı olan bir çox ölkələr kimi Qazaxıstanı da Rusiya neft kəmərləri ilə əlaqəsi olmayan marşurtlara üstünlük verməyə sövq etdi. Bu baxımdan, keçmiş sovet dövlətləri arasında Rusiya ilə ən uzun quru sərhədinə malik olan Qazaxıstan qonşusu Rusiyadan asılılığı azaltmaq üçün BTC vasitəsilə ixracını artırmağa çalışır. Qazaxıstan prezidenti Kasım Jomart Tokayev ölkəsinin Rusiyadan, o cümlədən onun nəhəng neft kəmərləri və limanlar şəbəkəsindən asılılığını məhdudlaşdırmaq istiqamətində düşünülmüş addımlar atır. Belə ki, Xəzər dənizindəki Aktau limanından Azərbaycana neft tədarükü ötən il 28875 ton olduğu halda, bu il 163436 tona yüksəlmşdir. Qazaxıstanın dövlət nəqliyyat şirkəti “Kazmortransflot” bildirib ki, bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan boru kəmərinə əlavə olaraq 104 min ton neft göndərilib. Qazaxıstanın ticarət və inteqrasiya naziri Jumanqarin Serik Makaşeviç Azərbaycan-Qazaxıstan Hökümətlərarası Komissiyasının 19-cu iclası sonunda jurnalistlərə müsahibəsidə bildirib ki, Qazaxıstan 20 milyon ton neftini Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmər ilə ixrac etməyi qarşısına məqsəd qoyub.
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə Tengiz yatağından hasil edilən Qaaxıstan neftinin ilk partiyası bu il aprelin 22-də Türkiyənin Ceyhan limanında yola salınıb. ARDNŞ KazMunayQaz, Tengizşevroil, Kazmortransflot və onların törəmə şirkətlərinin nümayəndı heyətlərinin iştirak etdiyi yükləmə mərasimində 665 min barel (83,2 min ton) yük “Alatau” tankerinə yüklənib. Ceyhan limanından Qazaxıstan neftinin birinci partsiyasının yola salınması SOCAR və KazMunayQaz arasında tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətində atılan önəmli addımdır. Bu, Xəzər neftinin dünya bazarlarına nəqli üçün əsas marşut kimi BTC boru kəmərinin strateji rolunu və regional enerji əməkdaşlığının əhəmiyyətini bir daha sübut edir.
Qazaxıstan neftinn BTC ilə nəqli ARDŞ ilə KazMunayQaz arasında bağlanan sazişə əsasən həyata keçirilir və hər il 1,5 milyon ton neftin tranziti məqsədilə Qazaxıstan neftinin növbəti partiyasının Ceyhan limanında tankerə yüklənməsi nəzərdə tutulur. Dünya bazarlarında risklər artdıqca, eyni zamanda inflyasiya gücləndikcə enerjii sektorun da yeni habların yaranması priotitet məsələyə çevrilir. Zəngin qaz ehtiyatlarına malik olan Türkmənistan öz təbii qazını Avropa bazarına çıxarmaq üçün boru xətlərinə sahib deyil. Azərbaycanla Türkmənistan arasında anlaşmaya əsasən Türkmənistan ildə iki milyard kub metrədək mavi yanacağını İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Böyük karbohidrogen ehtiyatlarına görə Türkmənistan yalnız Qərbin deyil, Türkiyənin də marağındadır.
Ötən il Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü zamanı ölkə başçımız demişdir: “Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat–logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir”.
Bir sıra iri regional və beynəlxalq enerji layihələrinin təşəbbüskarı icraçısı olan Azərbaycan həm enerji təhlükəsizliyinə, həm də regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini verir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Avropa və digər beynəlxalq bazarlara Azərbaycanın və Mərkəzi Asiyanın enerji resursları daşınır. Bu isə ölkəmizin həm də tranzit ölkə kimi əhəmiyyətini artırır.
Əsədov Nazim,
Xəzər rayonu, 256 № li tam orta məktəbin müəllimi



