DünyaGündəm

“Tramp bu halda Türkiyəyə gələ bilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşündən sonra daha bir açıqlama verib.

Aktualinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Tramp Türkiyəyə gəlməyə hazırdır.

Ərdoğan bildirib ki, Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı sülh razılaşmaları üçün Türkiyəyə gələcəyi təqdirdə, Tramp da ora gələ bilər: “Bizim əsas məqsədimiz ölkəmizdə liderlər səviyyəsində görüş keçirmək və çoxdan gözlənilən sülhə nail olmaqdır. Mən Haaqadakı görüşümüz zamanı bu barədə Trampı da məlumatlandırdım. ABŞ lideri qeyd etdi ki, Putin İstanbula və ya Ankaraya danışıqlar üçün gəlsə, o da İstanbula və ya Ankaraya gələ bilər. Biz lazımi addımları atacağıq və inşallah, tezliklə görüşəcəyik”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button