MaraqlıSosial

“Torpaq olmazdı, əgər o adlar olmasaydı” layihəsinin sonuncu tədbiri keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Torpaq olmazdı, əgər o adlar olmasaydı” layihəsi üzrə YAP Nizami rayon təşkilatında yekun tədbir təşkil olunub.

Aktualinfo.az xəbər verir ki, layihənin sonuncu tədbirində Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, Prezident mükafatçısı, kitab və məqalələr müəllifi, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, “Tərəqqi” medallı Gülşən Behbud çıxış edib. O, çıxışında şəhidlərimizin və qazilərimizin Vətən tarixində tutduğu müstəsna yerdən, onların adlarının milli yaddaşımızda əbədi yaşamasının vacibliyindən danışıb, milli-mənəvi dəyərlərin qorunması və gənclərə ötürülməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, qəhrəmanların adı yaşadıqca torpaq da, dövlət də daim var olacaq.

Tədbir interaktiv müzakirə formatında davam edib, iştirakçı gənclərin mövzu ilə bağlı fikir və sualları dinlənilib, onların vətənpərvərlik ruhunun daha da möhkəmləndiyi qeyd olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.
#AzGF #GənclərFondu

Oxşar Xəbərlər

Back to top button