Analitika

Təşəbbüskar ölkə

Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Cənab Prezident forum iştirakçıları ilə görüşüb və məcburi köçkünlərin qayıdışı ilə bağlı müzakirədə iştirak edib. Azərbaycanda əlindən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək. Biz təhlükəni də yaxşı anlayırıq. Minalar ən böyük təhlükələrdən biridir. Eyni zamanda, hər şeyi lazımi qaydada etmək istəyirik. Proses mümkün qədər tez keçməlidir, lakin fikrimiz ondan ibarətdir ki, burada ən yaxşı memarlıq təcrübəsi və ən yaxşı texnologiya, o cümlədən yaşıl texnologiya tətbiq edilməlidir ki, yaşayış üçün ən yaxşı şərait yaradılsın.

Cənab Prezident çıxışında qeyd etmişdir ki, iş yerlərinin yaradılması da vacib sahələrdəndir. Məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaradılmalıdır. Hazırda geri qayıdan insanlar işlə təmin edilib və bu bir daha onu nümayiş etdirir ki, bizim yanaşmamız hərtərəflidir. Bizim böyük potensialımız və geniş coğrafiyamız var. Nəhəng enerji ehtiyatlarımız var ki, bu gün milli təhlükəsizlik məsələsidir. Bu, əslində, mövcudluğun, müstəqil yaşayışın mənbəyidir. Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik deyə qeyd edən İlham Əliyev, gələcəkdə də bu işlərin davam etdiriləcəyini vurğulamışdır.

Ali Baş Komandanımızın uzaqgörən siyasətilə bir gündən də az sürən antiterror əməliyyatı ilə Ordumuz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyimizi bərpa etdi. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmadı. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı.

Qarabağın yenidən qurulmasına gəldikdə, təbii ki, əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək. Bu ölkənin qalan hissəsini diqqətdən kənar qoyduğumuz anlamına gəlmir. Uzun illər ərzində biz ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırmış və əksər infrastruktur layihələrini başa çatdırmışıq. Lakin hazırda Qarabağ bizim əsas prioritetimizdir. Bölgənin özü və ən əhəmiyyətlisi, evlərinə dönməyi gözləyən insanlardır deyə möhtərəm Prezident qeyd etmişdir.

Bildiyimiz kimi, 30 il ərzində azərbaycanlıların yaşadıqları kəndlərin əksər hissəsi ya dağıdılıb, ya da boş qalıb. Ermənistanda çətin demoqrafik vəziyyətdən irəli gələrək, onlar istədiyi kimi Azərbaycan kəndlərində məskunlaşmanı təşkil edə bilməyiblər. Təbii sərvətlərimiz talan olunub. Təbii sərvətlərimizi qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparılır. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi qruplar kəndbəkənd, sahəbəsahə gəzərək ərazilərin monitorinqini davam etdirir, ekoloji ziyanı qiymətləndirir. Son nəticə əldə olunduqdan sonra hüquqi qaydada lazımi addımlar atılacaq, günahkarlar cəzalandırılacaqdır.

Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button