Qarabağ-Azərbaycanın ayrılmaz tərkib hissəsi, ən səfalı, ən qədim güşələrindən biri, mədəniyyətimizin beşiyi, öz etibarlılığı, dozümlülüyü ilə seçilən atlarıyla məşhur olan ,uğruna üç mindən artıq oğul qurban verdiyimiz həmin o bənzərsiz məkanda artıq yeni bir universitet fəaliyyət göstərir. Hansi ki necə-necə tələbə yetişdirib, teəhsilimizi daha da yüksək zirvələrə aparacaq. Bu universitet Qarabağ universitetidir.
“Təhsil millətin gələcəyidir”. Bunu isə Ulu öndər Heydər Əliyev deyib. Hələ sovet Azərbaycanına rəhbərlik etdiyi zamanlarda Vətənin gələcəyi üçün yerli kadrların hazırlanmasında, onların ölkədən kənarda təhsil almasına hərtərəfli şərait yaradan bu şəxsiyyətin yürütdüyü siyasətin davamı olaraq, bu gün dünyanın istənilən nöqtəsində təhsil almaq gənclərimiz üçün heç də çətin deyil. Təhsili isə həmişə, hər zaman almaq olar, təki istək və arzu olsun. Əgər bu gün dirçələn Qarabağda həyat canlanıbsa, köç karvanları ard-arda düzülübsə, deməli, torpaq artıq öz sahibinin əlindədir. Həyatın davam və inkişafa doğru getdiyi yerdə isə başlanğıc nöqtə təhsildir. Qarabağ Universitetinin yaradılması bölgənin içtimai-siyasi həyatında, eləcə də təhsil sahəsində yeni və uğurlu addım kimi hamımızı hədsiz sevindirir. Şəhidlərimizin də ruhu şaddır – düşməndən intiqam alınıb, onların nahaq axıdılan qanı yerdə qalmayıb.
Böyük qayıdış” dövlət proqramı çərçivəsində Qarabağ Universitetinin rolu heç də kiçik görünmür. Xankəndidə yeni universitetin yaradılması olduqca diqqətəlayiq hadisədir. Bütün reallıqları dəyərləndirən möhtərəm Prezident bu sərəncamı ilə bu dəfə də hadisələri qabaqladı və bölgədə modern təhsilin vacibliyini təsdiqlədi. İşğaldan əvvəl Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərən bu ali təhsil ocağının tarixi zəfərimizdən sonra fəaliyyətə başlaması və Qarabağda ilk universitet kimi qurulmasının böyük siyasi və sosial əhəmiyyəti olduğu kimi, həm də tarixi ədalətin bərpası anlamında da mühüm hadisədir.
Cənab Prezidentimiz tərəfindən yaradılan Qarabağ Universiteti işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlayan ilk ali təhsil ocağımızdır. Bu universitet doğma Qarabağda tarixən mövcud olmuş ali təhsil ənənələrinin bərpasını həyata keçirəcək. Məlumdur ki, Xankəndi şəhərində ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yaradılıb. 1973-1988-ci illər arasında ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən filial, torpaqlarımızın işğalından sonra bağlanıb. Lakin indi ali təhsil Qarabağ Universitetinin timsalında yenidən öz doğma məkanına qayıdır. Gözləntimiz ondan ibarətdir ki, bu universitet Qarabağda elmin, təhsilin, mədəniyyətin inkişafında fəal iştirak etsin, bununla da azad olunmuş torpaqlarımızda həyata keçirilən irimiqyaslı quruculuq və məskunlaşma prosesinə öz töhfəsini versin.
Qarabağ Universiteti öz tələbələrinə zəruri nəzəri biliklər və praktiki bacarıqlar qazandırmağı hədəfləyən yeni akademik məzmun təqdim edəcəkdir. Burada dünyanın qabaqcıl universitetlərinin müsbət təcrübəsi əsasında qurulan ən müasir ali təhsil modeli tətbiq olunacaq. Müasir gənclərin arzu və istəklərinə, yeni dövrün tələblərinə, əmək bazar, real sektorun əsas trendlərinə uyğun universitet modeli qurmağa çalışırıq. İnanırıq ki, bu yanaşma yüksək ixtisaslı mütəxəssis hazırlığını həyata keçirməkdə bizə imkan verəcək. Eyni zamanda universitetdə tədqiqat sahəsinə də xüsusi diqqət yetiriləcək. Həyata keçiriləcək tədqiqatların əsas nəticələrilə Azərbaycanın növbəti mərhələdə inkişafına real töhfələr verməyə çalışacağıq. 2024-2025-ci tədris ili üçün Qarabağ Universitetinə yalnız dövlət sifarişli yerlər üzrə tələbə qəbulu həyata keçiriləcək. Bu o deməkdir ki, bütün tələbələr təqaüd alacaq. Tələbələrimiz əlavə təqaüd almaq imkanına da malik ola biləcəklər. Bütün tələbələr ödənişsiz əsaslarla mənzil tipli yataqxana ilə təmin olunacaq, hər birinə hədiyyə olaraq kompüter veriləcək. Qarabağ Universiteti həm tələbələrə, həm əməkdaşlara maraqlı və məzmunlu sosial həyat vəd edir.
Universitetin akademik heyəti üçün, eləcə də təhsilalanlar üçün müasir dövrün tələblərinin həyata keçirilməsi, universitet şəhərciyinin yaradılması, burada bütün xidmətlərin yüksək tələblərə cavab verməsi, elmi-tədqiqat işləri ilə məşğul olan yaradıcı tədqiqatçıların layihələrinin dəstəkləndiyi şəffaf və ədalətli mühitin formalaşdırılması kimi amillər vacibdir. Bu təhsildə yeni sistemin qurulmasıdır. İlk növbədə yeni universitetin tədqiqat yönümlü olması vacibdir. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə də əksini tapır.
Cənab İlham Əliyevin hazırda qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir. İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəbyaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatanlığının təmin edilməsi zəruridir. Buna görə işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir.
Uşağa, cavana, qocaya baxmayan, özü ilə birlikdə əbədi məchulluğa aparan ölüm adlı kabusla üz-üzə olub, heçnədən qorxmayan, düsmən qarşısında mərd-məğrur dayanan ordumuz təbii ki, torpaqlarımızı mənfur düsməndən azad edərək 30 illik bu nisgilə, ağrıya, acıya son qoyacaqdi. Budur, artıq biz dilbər güşəmiz olan Qarabağımızı mənfur düsmənin tapdağı altından azad etmişik. Nə xos bizə ki, üç mindən çox səhidimizin sayəsində bu gun xarıbülbülümüz, Şuşamız, Xocalımız, Zəngilanımız, bir sözlə, Qarabagımız azaddır və bu gün isğaldan azad olunmus bu bölgələrimizdən birində – Xankəndində Qarabağ Universiteti açılıb. Mən ümid edirəm yox, inanıram, hətta əminəm ki, Qarabağ universiteti ölkəmizin ən presitjli universitetlərindən birinə çevriləcək.
Elvin Əliyev,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin Tarix müəllimi