AnalitikaGündəmSiyasət

Tarixin yaddaş sütunu, mübarizə iradəsi

Xalqın acı yaşantılarını özündə ehtiva edən, tarixiyaddaşımızın ən ağrılı həqiqəti-Xocalı faciəsinə srolunmuş Xocalı Soyqırımının Memorialının açılışıqəlbimizi riqqətə gətirdi. Ona görə ki, Ölkə Prezidentiİlham Əliyev bu kompleksin xalqın milli qürur rəmziolduğunu vurğulayaraq, bu abidənin siyasi tarixiədalətin bərpası üçün önəmli mənbəni, Xocalıqurbanlarının yaddaşlardan silinməyəcəyini, gələcəknəsillərə tarixi həqiqətlərin ötürüləcəyini şərtləndirənamil kimi xalqın unudulmaz yaddaşının təməli, Azərbaycan üçün milli rifahın, həmrəyliyin dövlətçiliyin dayanıqlılığının dəyərli minatı hesabetdi.

Memorial Kompleksində Xocalı faciəsi təkcəarbaycanlıların deyil, bəşəriyyətin sınağı, milli oyanış simvolu, türk dünyasının ortaq dərdi, milli müqavimətin başlanğıcı, ədalətin bərpası, xalqınyaddaşını oyadan hadisə kimi təqdim olunur. Buradaşahid xatirələri, psixoloji travma, qaçqın həyatı, zəfər, doğma torpaqlara qayıdış əsas mövzudur. Xocalıhadisələrinin həqiqətlərinin dünyaya çatdırılmasınıgöstərən sənədli filmlər, fotolar, bərpa qayıdışlabağlı mühüm sənədlər diqqət çəkən nümunələrdir.

li, Xocalı Soyqırımı Memorialı tarixiyaddaşımızın dəhşətlərini, həm igid oğullarımızınqazandığı zəfərin, bu zəfərin qazanılması uğrundacanlarını qurban verən şəhidlərin xatirəsinin rəmzidir. Xalqın mübarizə ruhunu tarixinin simvolunaçevrilmiş Memorial milli kimliyin milli qürurun, xalqın birlik gücünün qələbəsinin təntənəsidir.

Bu gün Xocalı Soyqırımında vəhşiliklə qətləyetirilənlərin ruhu rahatlıq tapmışdır. Çünki, həmingecənin acılı-ağrılı dəhşətlərini yaşayanların övladlarıöz doğma yurdlarına qayıdır. 44 günlük müharibədəgöstərilən misilsiz şücaət, Ali Baş Komandanınətrafında sıx birləşən sarsılmaz Azərbaycan Ordusuqamətimizi dik, başımızı uca etdi.

Bu Memorial zamanın axınına qarşı duran biryaddaş sütunu kimi keçmişi bu günə gətirərək, gələcəknəsillərə ötürəcəkdir. Azərbaycan xalqının mübarizəiradəsini, milli qürurunu, tarixi varlığını özündəsimvolizə edəcəkdir. Gələcək nəsillər yalnız zəfərideyil, həm zəfərin qazanılmasında mühüm rolu olanxalqın mənəvi gücünü, fədakarlığını, şəhidlərimizinqəhrəmanlığını, qələbə naminə canından keçməyəhazır olan qazilərimizin mübarizliyini dərk edəcəklər.

Xocalı Soyqırımını, Ermənistan dövlətinin bizimxalqa qarşı törətdiyi insanlığa sığmayan cinayətləriunutmaq mümkün deyil. Bizə qürür verən odur ki, müharibədə qələbə qazandıq, torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüz suverenliyimiz rpa olundu.

Xocalıda aparılan quruculuq işləri ümidin,nikbinliyin, doğma yurd yerlərinə qayıdışıngerçəkləşdiyinin rəmzidir. Tarixi ədalətin, qələbənintəcəssümü olan qayıdış Xocalı şəhidlərinin ruhunadərin hörmətin ifadəsidir. Doğma yurda qayıdansakinlərin mnun çıxışlarında Ölkə Prezidentinindövlət səviyyəsində diqqət qayğısına təşəkkürlərinibildirir, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığıdiləryirlər. Şəhid olmuş əzizlərini xatırlayaraq, kövrələrək torpaqların işğaldan azad olmasını onlarınruhuna dinclik gətirdiyini qeyd edirlər, qələbə hissini, sevincli anları vurğulayırlar.

Bu qayıdış zəfər gücüzün, uzaqgörən xaricisiyasətin, Qüdrətli Ordumuzun, dönməz dövlətçilikəzmininin uğurlu nəticəsidir. Qələbəmizdən, davamlıuğurlarımızdan fərəhlənərək doğma Azərbaycanımızınvətəndaşı olmaqdan qürur duyuruq.

Gültəkin Əliyeva,
Bakı
Slavyan Universitetinin dosenti

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button