Tarixi torpaqlarımızın hər qarışında yenidən xalqımızın ayaq səsləri eşidiləcək
Qərbi Azərbaycana dönüşümüz bir zamanlar mümkünsüz görünsə də, Vətən müharibəsindəki zəfərimizdən sonra bu Böyük Qayıdışın davamı kimi üfiqdə görünür. Bunun üçün artıq yol xəritəmiz var. Hal hazırda Qarabağa dair böyük qatıdış planı icra olunmaqdadır. Cənab Prezident İlham Əliyevində vurğuladığı kimi kinci qayıdış artıq bu istiqamət üzrə davam etməkdədir. Qerbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Ermənistanın bu məsələlərdə heç bir fundamental sübutu və əsası yoxdur. Tarix bunun ən bariz nümunəsidir. 1948 və1953-cü illərdə ilk olaraq 150.000, 1988 və 1991-ci illərdə isə 200.000 azərbaycanlının bu deportasiyaya məruz qalıb öz doğma yurd yuvalarından didərgin düşmüşdürlər. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib. “Azərbaycanlılar tarixi torpaqlarını unutmamalıdır: “Bu da, gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.
Bu istiqamətdə Qərbi Azərbaycan İcmasının yaradılması əsas proitetlərdən biridir. İcmanın məqsədi müxtəlif vaxtlarda hazır ki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni münasibətlərinin saxlanılmasına nail olmaq və onların hüquqlarının beynəlxalq səviyyədə bərpasından ibarətdir. Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz yurdlarına qayıtmaq hüququnun bərpa edilməsi və həmin tarixi torpaqlara yenidən qayıdışı təmin etməkdir. Bu isə günün reallığıdır və xalqımız tezliklə bu tarixi nəaliyyətin xoşbəxtliyini yaşayacaq.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı