Analitika

Tarixi torpağımız Xankəndidə futbol matçının keçirilməsi böyük əhəmiyyətə malikdir

Azərbaycan Respublikasının tarixinin ən şanlı səhifələrindən biri tarixi torpaqlarımız Xankəndidə, Xocalıda dövlətimizin başçısı tərəfindən dövlət bayrağımızın qaldırılmasıdır. Bununla yanaşı, ölkəmiz son illər bir çox beynəlxalq və məhəlli xarakterli tədbirlərə ev sahibliyi etmişdir. Həmçinin, 2023-cü il dekabr ayının 21-də  Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir. Bu qədər böyük bir tədbirin əzəli Azərbaycan torpağı olan Xankəndidə keçirilməsi regionun xüsusilə diqqət mərkəzində idi. İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda Azərbaycan Respublikasının Prezidenti, onun ailəsi, qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər. Bu tədbirin Xankəndi şəhərində keçirilməsi xüsusi önəm daşıyır. Matçın keçirildiyi stadion cəmi iki ay ərzində yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. İllərlə separatizmin simvolu olan şəhərimiz bütün bu simvollardan azad olunmuşdur. Dövlət bayrağımız Xankəndidə və Xocalıda dalğalanmağa başlandığı andan şəhərlərimizin bərpası üçün əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır.

Cənab Prezident İlham Əliyev Xankəndi şəhərində futbol matçında olarkən çıxış etmiş və çıxışı zamanı ölkəmizin bu günə qədər keçdiyi əziyyətlərdən, Şanlı Zəfər tariximizdən, ötdüyümüz günlərdə Xankəndi şəhərində keçirilən Zəfər paradından, işğaldan azad olunan şəhərlərimizin yenidənqurma və təmir işlərindən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından bəhs etmişdir. Cənab Prezident və ailəsi futbol matçı zamanı şəhid ailələri və onların övladları ilə səmimi vaxt keçirmişdir.

Cənab Prezident İlham  Əliyevin uzaqgörən siyasi strategiyası Azərbaycan Respublikasının hazırkı sarsılmaz mövqeyinin əsasını təşkil edir. Ali Baş Komandan İlham Əliyev həyatını xalqına, millətinə və onların rifahının yaxşılaşdırılmasına həsr etmişdir. Bu şanlı Zəfərlər, qələbələr ölkəmizin adının yüksəklərə daşınmasında əsas faktorlardır. Hazırda Azərbaycan Respublikasının adı dünyanın lider dövlətləri ilə yanaşı çəkilir. Bu gün Azərbaycan Respublikası özünün ən qüdrətli, tarixinin ən güclü dövrünü yaşayır.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button