Tarixi qələbə və Prezidentin Azərbaycan xalqına müraciəti
Azərbaycan xalqının tarixində ən şərəfli,qəhrəmanlıq nümunəsi olan günlərdən biri idi. 15 oktyabr Xankəndi şəhərinin mərkəzində Azərbaycan Bayrağı Prezidentimiz tərəfindən qaldırıldı. Bu tarixi günü xalqımız çoxdan gözləyirdi. Hələ 20 il qabaq Prezident seçilərək xalqın etimadını doğruldan İlham Əliyev andiçmə mərasimində xalqa söz verərək bildirmişdi ki, xalqın mənafelərini həmişə qoruyacaq, onun ərazi bütövlüyünü bərpa edəcək. O zaman torpaqların 20% qədəri işğal altında idi. İşğal olunmuş ərazilərimizin qaytarılmasını hər an gözləyən xalq ilk vaxtlar beynəlxalq təşkilatlara bel bağlayır, münaqişənin dinc yolla nizama salınmasına inanırdı. Lakin eyni zamanda dövlət başçımız xalqımız münaqişənin həllinin hərbi yolla da həlli yollarını istisna etmir, böyük gücü ilə dövlətimizi iqtisadi və hərbi qaydada möhkəmləndirməyə səy göstərilirdi. İqtisadiyatımız gücləndi. Ali baş komandanın vurğuladığı kimi əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordu olmalıdır.
Bizim bu gün bölgədə güclü ordumuz var. O vətənpərvər ruhdadır və ən müasir silahlarla silahlandırılmışdır. 3 il əvvəl 44 günlük müharibə və bu il sentyabrda baş tutan bir sutkadan da az müddətdə baş verən antiterror əməliyyatı buna sübutdur. Ötən illər ərzində torpaq və vətən uğrunda ölümə belə hazır olan gənc nəsil yetirdik ki, bu da sübut olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik, onlar bizim qürur mənbəyimizdir.
Əslində münaqişəni nizama salmaq üçün çalışan beynəlxalq təşkilatlar onu həll etmək əvəzinə dondurmaq istəyir və həll olunmasında maraqlı deyildilər. Ona görə də məsələnin hərbi həlli qaçılmaz oldu. Biz 44 günlük əməliyyatlar nəticəsində Şuşamızı azad etdik. Bu böyük qələbə idi. Düşmən ağ bayraq qaldırdı. Bu gün isə Xankəndindəyik Azərbaycan gerbi və bayrağı altında Xankəndində. Bu böyük bir xoşbəxtlikdir. Və biz bununla fəxr edirik. Bu il Ulu öndərin 100 illiyidir. Biz qürur hissi keçiririk ki, hər bir Azərbaycanlının ürəyində olan Ulu Öndərin ildönümünü Şuşada keçiririk.
1923 cü ildə o zamankı sovet rəhbərliyinin təkidi ilə Dağlıq Qarabağ Muxtar Respublikası yarandı. O vaxtdan biz cox məhrumiyyətlərə dözdük. Ermənilərin məkrli niyyətləri ilə qarşılaşdıq. Və bu halda dünyada heç kim bizi müdafiə etmədi. Lakin bütün dünya Ermənilərin tərəfində idi. Xalqımız öz müdrikliyini göstərərək 1993 cü ildə Ulu Öndəri Prezident seçdi. Bu illər ərzində iqtisadiyyatımızı ordumuzu möhkəmləndirdik.
Qeyd etməliyik ki ,vaxt var idi bölgədə hətta Ermənistanda belə Azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Xüsusən Ulu Öndərin hakimiyyətinin birinci dövründə 1969-1982 ci illərdə bütün ekstremist qüvvələrin millətçi qüvvələrin ayağı çəkilmiş xoşagəlməz hallar olmamışdır. O vaxt böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, burada ali məktəb yaradıldı və Xankəndidə bu gün olan binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir. Kənd təsərrüfatı inkişaf edirdi. O vaxt təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 100 min tondan çox üzüm tədarük edirdi.Bölgədə rəhbər vəzifələrdə ermınilər çalışırdılar.Burada erməıni dilində qəzet çıxır məktəblər fəaliyyət göstərirdilər.Lakin Ulu Öndəri Moskvada Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarandan sonra millətçilər baş qaldırdılar və ərazilərin Ermnistana birləşdirilməsi məsələsini qaldırdılar. O zamankı Azərbaycan rəhbərliyinin qorxaq və qətiyyətsizliyi nəticəsində Erməni millətçiləri hərbi dəstələr bölgəyə axışdılar və xalqımıza qarşı qırğın siyasəti keçirməyə başladılar. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər. Yalnız Ulu Öndərin dühası, fədakarlığı ilə hakimyyətin vəhdəti xalqımızı bu bəladan qurtardı.
İndi qondarma rejimin üzvləri bakıdadırlar. Onlar istintaq təcridxanasında öz cəzalarını gözləyirlər. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik. Bizim bayrağımız Xankəndində dalğalanır. Revanşistlər müharibəni unutmasınlar. Əgər onlar hansısa bir revanş fikrinə düşərlərsə öz aqibətlərini fikirləşsinlər.
Əliyev Elçin,
Xəzər rayonu, 26 № li Tam Orta Məktəbin tarix müəllimi



