Analitika

Tap Tanap Avropa enerji təhlükəsizliyinin təməl sütunlarından biridir

Cənub Qaz Dəhlizinin başa çatdırılmasını qeyd etdiyimiz bir vaxtda biz gələcəyəbaxmalı, yeni plan və ideyalar üzərindəişləməliyik. …Bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa vəqarşılıqlı dəstəyə töhfə verməlidir.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il oktyabrın 29-da imzaladığı Sərəncam ilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın mənafeyini qorumaq və layihəiştirakçılarına dövlət dəstəyinin təmin edilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. 2014-cü il sentyabrın 20-də“Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə“Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri 2015-ci ildən başlayaraq hər il keçirilir. 2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. “Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi başa çatdıqdan sonra, 2018-ci il iyunun 30-dan “Şahdəniz-2” çərçivəsində Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinəbaşlanılıb. 2018-ci il iyunun 12də Türkiyənin Əskişəhər şəhərində TANAP kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAPın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı olub vəbununla da onun tikintisi tamamlanıb. Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəməri ilə 2020-ci il dekabrın 31-dən etibarən kommersiya təbii qazının nəqlinəbaşlanılıb. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə vəAvropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına nail olunub. Qloballaşan müasir dünyada enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir. Bu da təbiidir. Çünki hər bir dövlət milli təhlükəsizliyinin möhkəmləndirilməsindəmaraqlıdır. Odur ki, enerji siyasəti digər iqtisadi amillərlə birlikdə dövlət siyasətinin prioritetlərindən sayılır. Bu amilin nəzərdən qaçırıldığı ölkələr gec-tez müxtəlif problemlərləqarşılaşmalı olurlar.Hazırda beynəlxalq aləmdəbaş verən regional və lokal münaqişələrin bir səbəbi də (bəlkə dəəsas səbəbi) məhz bununla bağlıdır.Prezident İlham Əliyevin vurğuladığı kimi, “…enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət vədüşmənçilik mənbəyinə dəçevrilir”.Hazırda dünyada karbohidrogen ehtiyatları, enerji mənbələri uğrunda mübarizə səngimək bilmir. Zəngin təbii yanacaq ehtiyatlarına malik olan dövlətimiz, yürütdüyü uğurlu siyasət nəticəsində həm özünün enerji təhlükəsizliyini təmin edir, həm də digər ölkələrə dəyərli töhfəsini verir. Bir-birinin ardınca həyata keçirilən infrastruktur layihələri arasında enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə dair proqramlar, layihələr mühüm yer tutmaqdadır. Ötən ilin sonuncu günü tam şəkildə istifadəyə verilən Cənub Qaz Dəhlizi məhz enerji təhlükəsizliyi layihəsidir. Bu boru xətti vasitəsilə ölkəmiz ilk dəfəolaraq Avropa bazarlarına böyük həcmdə mavi yanacaq nəql etməklə həm dəetibarlı qaz ixracatçısı kimi tanınmağa başlamışdır.

Ötən il Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsiləsualtı kabelin çəkilməsini nəzərdətutur. İmzalanma mərasimindəçıxış edən Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen Azərbaycanı etibarlı tərəfdaş adlandıraraq deyib ki, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli Avropa üçün əhəmiyyətli layihədir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Onu da xatırladaq ki, Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsindəreallığa çevrilməyəbaşlayıb. Bu layihənin əhəmiyyətini Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı mətbuata bəyanatında aydın görmək olur: “Vaxtilə NABUKKO layihəsi üzərindəböyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir vəartıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”.

BP-nin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq. Zəngəzur dəhlizindən, eyni zamanda, elektrik enerjisi ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici vəçevirici stansiya tikilir. Yaşıl enerji zonası elan edilmiş Qarabağ vəŞərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyası tikiləcək, onların 5-i artıq istismara verilib.

Azərbaycanın bərpaolunan enerji potensialında Xəzər dənizi xüsusi yer tutur. Çünki Xəzər Şimal dənizindən sonra külək enerjisi potensialına görə ikinci yerdədir. Ehtimal ki, enerji şirkətləri BP kimi addım atacaq və nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar.

Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyəəlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək. Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti iləimzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

Beləliklə, Azərbaycanın zəngin enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində

Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1994-cü ildəimzalanmış “Əsrin müqaviləsi” ilə başlayan şərəfli yol bu gün Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün vəən müasir texnoloji inkişaf reallıqları nəzərəalınaraq uğurla davam etdirilir. Azərbaycanın nəhəng enerji potensialı ölkəmizin daha neçə onilliklər ərzində dəAvropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaq.

Abasov Həmid,
Xəzər rayonu, 181 Nömrəli tam məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button