
Prezident İlham Əliyevin IV Şuşa Qlobal MediaForumunda səsləndirdiyi “Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyükşərəfdir” fikri təkcə qonaqlara ünvanlanmış nəzakətifadəsi deyil, həm də ölkəmizin son illərdə qazandığısiyasi, iqtisadi və diplomatik uğurların məntiqinəticəsini əks etdirən mühüm mesajdır. Dünyanınmüxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərininŞuşada bir araya gəlməsi Azərbaycanın qlobal dialoqüçün etibarlı platformaya çevrildiyini bir daha nümayişetdirir.
Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtıdeyil, həm də beynəlxalq fikir mübadiləsinin aparıldığımühüm məkana çevrilib. Burada keçirilən beynəlxalqtədbirlər ölkəmizin sülh, əməkdaşlıq və qarşılıqlıanlaşma prinsiplərinə verdiyi önəmin realgöstəricisidir. Forumun məhz Şuşada təşkil olunmasıxüsusi rəmzi məna daşıyır. Uzun illər işğal altındaqalmış bu şəhər bu gün beynəlxalq tədbirlərə evsahibliyi edən, müasir infrastrukturu və sürətlə inkişafedən sosial mühiti ilə diqqət çəkən nümunəvişəhərlərdən biridir.
Dördüncü dəfə təşkil olunan Şuşa Qlobal MediaForumu artıq beynəlxalq media ictimaiyyətininmaraqla gözlədiyi nüfuzlu platformalardan birinəçevrilib. İştirakçıların sayının və təmsil olunanölkələrin coğrafiyasının hər il genişlənməsi tədbirinəhəmiyyətini daha da artırır. Burada qlobalinformasiya məkanı, rəqəmsal transformasiya, süniintellekt, dezinformasiyaya qarşı mübarizə, mediaetikası və beynəlxalq əməkdaşlıq kimi aktual məsələlərgeniş müzakirə edilir. Belə bir mühit müxtəlifbaxışların qarşılıqlı hörmət şəraitində bölüşülməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına şəraityaradır.
Azərbaycanın belə geniş tərkibli beynəlxalqauditoriyanı qəbul etməsi ölkəmizin təhlükəsiz, sabitvə etibarlı tərəfdaş kimi formalaşmasının göstəricisidir. Bu gün respublikamız beynəlxalq tədbirlərinkeçirilməsi üçün bütün zəruri imkanlara malikdir. Müasir nəqliyyat infrastrukturu, yüksək səviyyəlitəşkilatçılıq, qonaqpərvərlik ənənələri və təhlükəsizmühit xarici qonaqlar tərəfindən də yüksəkqiymətləndirilir. Son illərdə ölkəmizdə keçirilənçoxsaylı beynəlxalq forumlar, konfranslar, idmanyarışları və siyasi tədbirlər bu istiqamətdə zəngintəcrübənin formalaşdığını təsdiqləyir.
Şuşada keçirilən forumun əsas üstünlüklərindən biri dəiştirakçıların Qarabağda aparılan genişmiqyaslı bərpavə yenidənqurma işlərini yaxından görmək imkanı əldəetmələridir. Xarici media nümayəndələri bölgədəhəyata keçirilən layihələrlə tanış olur, müasir yaşayışməntəqələrinin, yolların, tunellərin, hava limanlarının, sosial və mədəni obyektlərin inşasını öz gözləri iləizləyirlər. Bu isə Azərbaycanın işğaldan azad olunmuşərazilərdə həyata keçirdiyi quruculuq prosesininbeynəlxalq ictimaiyyətə obyektiv şəkildəçatdırılmasına mühüm töhfə verir.
Prezident İlham Əliyevin forum çərçivəsində müxtəlifölkələrin media nümayəndələrinin suallarını açıq vəətraflı cavablandırması Azərbaycanın şəffaf dialoqaverdiyi önəmin daha bir nümunəsidir. Dövlət başçısıregionda baş verən proseslər, beynəlxalq münasibətlər, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyatlayihələri və postmünaqişə dövrünün reallıqları barədəətraflı məlumat verərək ölkəmizin mövqeyini birbaşabeynəlxalq auditoriyaya çatdırır. Bu format yanlışinformasiyaların qarşısının alınmasına, həqiqətlərinilkin mənbədən öyrənilməsinə və obyektiv yanaşmanınformalaşmasına xidmət edir.
Forum həm də Azərbaycanın informasiyadiplomatiyasının mühüm alətlərindən biridir. Müasirdövrdə informasiya təhlükəsizliyi dövlətlərin millitəhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Rəqəmsaltexnologiyaların sürətlə inkişaf etdiyi şəraitdə etibarlıinformasiya mühitinin formalaşdırılması, dezinformasiyaya qarşı mübarizə və peşəkarjurnalistikanın dəstəklənməsi xüsusi aktuallıq kəsbedir. Şuşa Qlobal Media Forumu məhz buistiqamətlərdə beynəlxalq əməkdaşlığıngenişləndirilməsi üçün səmərəli platforma rolunuoynayır.
Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzəçevrilməsi şəhərin tarixi və mədəni əhəmiyyətini dahada artırır. Burada keçirilən hər bir forum, konfrans vəbeynəlxalq görüş Qarabağın dirçəlişinin, bölgəyəhəyatın tam şəkildə qayıtdığının əyani göstəricisidir. Bu tədbirlər həm də Azərbaycanın həyata keçirdiyibərpa siyasətinin uğurlarını dünya ictimaiyyətinənümayiş etdirir və regionun gələcək inkişafperspektivlərini təqdim edir.
Prezident İlham Əliyevin “Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyükşərəfdir” fikri Azərbaycanın qlobal əməkdaşlığa açıqmövqeyini, beynəlxalq tərəfdaşlığa verdiyi önəmi vəsivil dialoq prinsiplərinə sadiqliyini ifadə edir. Buyanaşma ölkəmizin dünya birliyində etibarlı tərəfdaşkimi mövqeyini daha da möhkəmləndirir.
Bu gün Şuşa yalnız keçmişin tarixi irsini yaşatmır, eynizamanda gələcəyə istiqamətlənmiş beynəlxalqəməkdaşlığın, fikir mübadiləsinin və yeni təşəbbüslərinmərkəzi kimi inkişaf edir. Burada keçirilən IV ŞuşaQlobal Media Forumu Azərbaycanın beynəlxalqnüfuzunun artmasının, Qarabağın sürətli dirçəlişinin vəölkəmizin qlobal proseslərdə fəal iştirakının növbətiparlaq nümunəsi kimi tarixə düşür.
Fidan Əliyeva,
YAP Xətai Rayon Təşkilatı məsləhətçisi



