Şuşa əməliyyatı qəhrəmanlıq dastanıdır
Şuşa əsrlər boyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Şuşa «Şərqin konservatoriyası»” adlandırılır. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Təsadüfi deyil ki, Müzəffər Azərbaycan Ordusunun dünya hərb tarixində bir ilk olan unikal Şuşa əməliyyatı beynəlxalq ekspertlər tərəfindən öyrənilir, hərbi məktəblərin dərsliklərinə salınmasına ehtiyacın olduğu bildirilir. Şuşanı qan tökərək azad etdik. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi. Yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya daxil oldular. Düşmən Azərbaycanın gücünü, iradəsini, milli ruhunu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə olan hadisədir. Əvvəldə də qeyd etdiyimiz kimi, Şuşa əsas hədəf idi və Azərbaycan əsgəri bu hədəfə doğru gedirdi. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi. Cəbrayıl rayonu, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı rayonları, Laçın rayonunun cənub hissəsi, Kəlbəcər dağları, Murov dağı və ondan sonra Şuşa işğaldan azad edildi. 44 günlük İkinci Qarabağ müharibəsində 300-ə yaxın kənd və şəhər azad edildi, düşmən məcbur olub diz çökdü və noyabrın 10-da kapitulyasiya aktına imza atdı.
İllər öncə ulu öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən bildirmişdi ki, «Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur.» Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi. 28 illik həsrətdən sonra Şuşa azadlığına qovuşanda isə cənab İlham Əliyev Şuşanı belə dəyərləndirdi: «Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.»
Dövlət başçısı İlham Əliyevin «Şuşa İli» ilə bağlı Sərəncamında da qeyd edilir ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.Bu gün isə böyük qürur və iftixar hissi ilə Şuşanın dirçəlməsindən bəhs edirik. Bu isə dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini çatırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etməklə yanaşı, Qarabağın tacını dirçəldəcəyimizi böyük inam və qürurla bildirmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, Şuşanın alınması möcüzə idi. Düşmən Azərbaycanın döyünən ürəyinin azad ediləcəyini heç düşünmürdü. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev müsahibələrində Şuşasız işimizin yarımçıq olacağını bildirir, bununla da Qarabağın tacının azad ediləcəyinə əminliyinə işarə edirdi. Xalqımız söylənilən bu əminliyi böyük sevinci hissi ilə qarşılayaraq, hər an bu müjdəni alacağını gözləyirdi. Şuşanın, həmçinin digər torpaqlarımızın işğaldan azad edildikləri günləri yada salmaq kifayətdir. Bütün küçə və meydanlar sanki bu sevincdən dil açmışdı. 30 illik torpaq həsrətini yaşayan xalya bu sevinci yaşadan Liderə təbii ki, minnətdarlıq sonsuz olacaq. 30 il sahibini gözləyən, gah ümidini itirən, gah da ümidlənən torpaqlarımız bu gün yaşadıqları azadlıq sevincini bu ərazilərə səfər edən qonaqlarla paylaşdıqca o illərin nigilini unudurlar. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra bərpa və qurulucuq işlərinə start verməsi ən xoşbəxt, tarixi anlardan biridir. Dövlət başçısı İlham Əliyev Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən, həmcinin gənclərdə torpaq, Vətən sevgisinin böyüklüyünü xüsusi önə çəkir: “Elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim Prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi.”Qısa təhlil bu fikri böyük inamla söyləməyə əsas verir ki, Böyük Qayıdış başlayır. 2022-ci il də tariximizə uğurlu il kimi yazılacaq.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı