Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir
Bu gün bütün dünyanın diqqəti məhz Prezident İlham Əliyevin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumuna yönəlmişdir. Azərbaycan tarixi üçün bu çox önəmli və qüruruverici bir hadisədir, çünki 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımız erməni işğalçılarından azad olmuşdur. Təbii ki, bu istiqamətdə atılan bütün addımlar bizim üçün çox qüuruverici bir hadisədir. 21 iyul tarixində həyata keçirilən forumda diqqət cəlb edən məsələ Türkiyə-Azərbaycan münasibətləri o cümlədən iki dövlətin həm siyasi, həmdə iqtisadi gücünün dünyaya nümayiş olunmasıdır. Tarixi boyu Azərbaycan və Türkiyə münasibətləri bu günkü səviyyədə olmamışdır. Artıq bəlkə də, bu bir tarixi həqiqətdir ki, hər iki dövlətin siyasi amalı eyni və birliyi sarsılmazıdır. Cənab prezident İlham Əliyevin Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik.
Ümumilikdə forumda Cənab prezident İlham Əliyevin Şuşa bizimdir, Şuşa mədəniyyət mərkəzidir, Şuşa qəhrəmanlıq simvoludur çıxışı və bəyənatı ulu öndər Heydər Əliyevin vəsiyyətinin reallaşmasını göstərir. Bu azərbaycan xalqı üçün çox sevinclidir.
Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir. Cənab Rəcəb Tayyib Ərdoğanın yenidən seçkidə qalib gəlməsi və prezident seçilməsi regionda Türkiyə nüfuzunun güclənməsinə müsbət təsir göstərdi.
Tarixdə öz əksini tapmışdır ki, müharibədən sonra ölkələrdə aclıq, səfalət, xaos hökm sürür. Bir sıra nəhəng Avropa ölkələrində bu cür hadislər olmuşdur. Ancaq Azərbaycan Respublikası 44 günlük müharibədən həm şərəflə həmdə qürurla üzü ağ çıxdı. Ölkə daxilində hər hansı bir təlatüm, xaos hökm sürmədi. Ulu öndər demişkən “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
İnformasiya müharibəsində önəmli amil məhz Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemləri çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur. Media çox önəmlidir. Bir sıra beynəlxalq nüfuzlu media mərkəzləri reallıqları dünya ya çatdırsada, ancaq bəzi qüvvələr bunun tam əksini edir. Biz öz həqiqətlərimizi sübut etməliyik. Bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik. Azxərbaycan öz hüquqlarını bütün demokartik idarə olunan istənilən sahədə qorumağa qadirdir. Çünki Azərbaycan Respublikasının idarəçiliyi ulu öndər Heydər Əliyevin siyasi kursunun nəticəsidir.
Cəfərzadə Cavid,
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin direktoru