Analitika

Strateji tərəfdaşlıq

“Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub. Görüş zamanı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon çıxışında bildirib ki, ilk növbədə, ənənəvi qonaqpərvərliyə, yüksək diqqətə və səmimi qəbula görə Azərbaycan Respublikasının Prezidenti, əziz dostum və qardaşım İlham Heydər oğlu Əliyevə və qardaş Azərbaycan xalqına ürəkdən təşəkkür etmək istəyirəm. Bugünkü görüşlərimiz Tacikistan-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xas konstruktiv və etimad mühitində keçdi. Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin bütün kompleksini ətraflı müzakirə etdik. Bu münasibətlərin uzunmüddətli inkişafının təməlini əhəmiyyətli dərəcədə gücləndirən bir sıra vacib razılaşmalar əldə etdik. İqtisadi-ticari sahədə əməkdaşlığımızın inkişafı diqqət mərkəzində saxlanıldı. Ölkələrimizin hökumətlərinə 2025-ci ilədək hökumətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planının tam icrasına ciddi nəzarət etmək tapşırıldı. Nəqliyyat və kommunikasiya sahələrinə xüsusi diqqət yetirildi. Tacikistanın dövlət və kommersiya strukturlarının Azərbaycan ərazisindən yük daşımalarının həcminin artması tendensiyasını məmnunluqla qeyd etdik. Tacikistanın yük daşıyıcılarına məqbul tranzit tarifləri təqdim etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirdik.

Görüşdə iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə edildi. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək.

İki ölkə arasında mədəni-humanitar əməkdaşlıq məsələsi də mühüm yer tutur. Bu baxımdan, təhsil sahəsində əməkdaşlığın inkişafına daha çox diqqət yetirilir. Görüş zamanı hər iki dövlətin universitetlərində təhsil almaq üçün qarşılıqlı olaraq ayrılan kvotaların sayını artırmaq barədə razılığa gəldik. Səfər çərçivəsində keçirilən mədəni tədbirlər ölkələrimizin vətəndaşlarının bir-birimizin mədəni nailiyyətləri ilə tanış olmaq marağını və istəyini bir daha sübuta yetirdi. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon çıxışında bildirdi ki, biz dostlarımıza gələn il Tacikistanda “Azərbaycan Mədəniyyət Günləri”ni keçirməyi təklif etdik və bu tədbir çərçivəsində Tacikistan və Azərbaycan xalqları arasında Dostluq festivalı təşkil edək. Onu da demək istərdim ki, mən konstruktiv dialoqumuzu davam etdirmək məqsədilə əziz dostum və qardaşım İlham Heydər oğlu Əliyevi böyük məmnuniyyətlə Tacikistana səfərə dəvət etmişəm.

Sonda Tacikistan Prezidenti səmimi qəbula və qardaşcasına qonaqpərvərliyə görə cənab Prezident İlham Əliyevə təşəkkür edib və qardaş Azərbaycan xalqına bir daha səmimi-qəlbdən təşəkkürümü bildirmək istəyirəm” deyərək öz çıxışını bitirmişdir.

Ləman Qafarova
Xəzər rayonu,  334 nömrəli tam orta
məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button