Analitika

Strateji əhəmiyyət daşıyan logistik layihələr

Prezident ilham Əliyevin cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında cıxışı ilə əlaqədar

Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasınin geniş tərkibdə iclasında Prezident İlham Əliyev də xüsusi qonaq qismində iştirak etdi və toplantıda çıxış edərək Ali Avrasiya İqtisadi Şurasına üzv ölkələrlə əlaqələrimizin hazırki durumu vəperspektivləri barədə, eyni zamanda Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi göstəricilər haqda fikirlərini bölüşdü.

Bu sammitdə təmsil olunmağımız iqtisadi əlaqələrimizi tənzimləmək vəgenişləndirmək baxımından böyük əhəmiyyət daşıyır.Ermənistan istisna olmaqla, Azərbaycanin Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edib.Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollara çatıb. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artib. Ötən il Avrasiya İqtisadi Birliyinə üzV ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxin olub. Azərbaycan Prezidenti sammitdə cıxişi zamani iqtisadiyyatımızın şaxələndirilməsindən də söz acdi. Qeyd edilib ki, Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan destəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib.Xarici borc ÜDM-in 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatlari xarici borcu 10 dəfə üstələyir.

Beləliklə,Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq ücün cox mühüm amilidir.

Avrasiya iqtisadi Surasinin iclasindan bir necə saat sonra kecirilən Azərbaycan,Rusiya və Ermənistann liderlərinin üçtərəfli görüşü də vacib hadisəsi kimi yadda qaldi. Düzdür, budəfəki üçtərəfli görüşdə bəzi vacib sənədlərin imzalanacaği barədə proqnozlar doğrulmadı. Lakin qeyd edildiyi kimi Ermənistan və Azərbaycan arasında vəziyyət nizamlanma istiqamətində inkişaf edir və ən mühüm nəticələrdən biri də bu oldu ki, Ermənistanin baş naziri Nikol Pasinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığıni bir daha vurğuladı. O, bunu Moskva görüşündən əvvəl Ermənistan parlamentinin iclasında da bəyan etmişdi,üçtərəfli görüşdə də təsdiqlədi. Dövlətimizin başçısI Avrasiya Iqtisadi Şurasinın iclasında Zəngəzur dəhlizi məsələsinin gündəmə gətirilməsindən narahat olan,Azərbaycani ərazi iddiasında ittiham edən, Laçın yolunda post qurmağımızıqeyri-qanuni hesab edən və yolu bağladığımızı iddia edən Paşinyana dərhal sərrast cavab verdi, onu tutarlı məntiq və faktlarla susdurdu, Ermənistanin bas nazirinin Çilğin fantaziya sahibi olduğunu qeyd etdi. Prezident llham Əliyevin diplomatik ustalıqla səsləndirdiyi istehzalı cavab replikası Paşinyan ücün yaxşı dərs oldu. Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır. “Dəhliz” sözü heç də kiminsə ərazisinəgöz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilətanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər.

Qeyd edildiyi kimi, Azərbaycan heç bir dəhlizi bloklamayıb.Lacın-Xankəndi yolu acıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramli kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxıliş məntəqəsindən erməni milliyyetindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.

Beləliklə də, sülh gündəliyi öz aktuallığını qoruyur. Azərbaycan ilə Ermənistan arasinda münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Bunu məğlub ölkənin başnazirinin Azərbaycanın keçmiş Dağlıq Qarabağ da daxil olmaqla 86,6 min k㎡ərazisini tanımaları ilə bağlı verdiyi bəyanatlar də təsdiqləyir. Bu formatın əhəmiyyəti hem de ondadır ki, Zəngəzur dəhlizi ilə bağlı yaradılmiş süni anlaşılmazlıqlar da aradan qalxir.           Bakı bu danışıqlarda Naxçıvanın Azərbaycanın əsas ərazisi iləmöhkəm logistika əlaqəsinin qurulmasını da tələb edir . Azərbaycan ölkənin əsas hissəsini Naxcivan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılmasi təşəbbüsünün müəllifidir.Azərbaycan Zəngəzur dəhlizini ümumi beynəlxalq daşimalrin bir həlqəsi kimi nəzərdən kecirir.

Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub2 nəqliyyat yollarinin coğrafi kəsişməsində yerləşir. Son illər beynəlxalq daşımlar üçün cazibədar mərkəz, hab kimi qəbul olunmaq üçün ölkəmizdə ciddi işlər görülüb.

Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqametlərdə daşimalari həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmişƏlət Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşirmaların həcmi 25 milyon tona çatacaq .Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanin gəmiqayirma imkanlari bu gün, həmcinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Baki gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrədanişiqlar və fəal iş aparilir.Strateji əhəmiyyət daşıyan logistik layihələr. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Araliq dənizi limanlarina ÇIXIŞi təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Lacinda tikilir və 2025-ci ildəistismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasina malikdir.

Azərbaycanin Prezident llham Əliyevin timsalinda Ali Avrasiya Iqtisadi Şurasinda qonaq qismində təmsil olundu.Amma Prezident öz Çixişinda 4 ildir Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın müstəqil və balansli xarici siyasət kursuna sadiq qaldığına məxsusi diqqət çəkdi. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkati Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdir.

Azərbaycanin iştirakçi olduğu digər platformalar da var. Daha çox Türk Dövletləri Təşklilati bura aiddir.Həmcinin, Azərbaycan NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati ilə əməkdaşlıqda maraqlıdır.

Ələkbərova Bahar,
Xəzər rayonu, Ə. Quliyev adina 121 sayli tam orta məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button