Analitika

Sosial-iqtisadi inkişaf Strategiyası qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcək mühüm yol xəritəsidir

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir. Həmin soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqları anı çox səbrsizliklə gözləyirdilər və bu proqramın təsdiq olması onlar üçün çox böyük sevinc bəxş etmiş oldu. 30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən böyük talançılıq, dağıntılara məruz qalıb. İşğal dövründə Azərbaycanın şəhərləri, qəsəbələri, kəndləri və digər yaşayış məntəqələrini, o cümlədən infrastrukturu tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib, iqtisadiyyatımıza əhəmiyyətli dərəcədə zərər vurulub, bir milyondan artıq soydaşımız öz dogma yurdlarından didərgin düşüb.  Ali Baş komandanın rəhbərliyi ilə 44gün ərzində torpaqlarımız işğaldan azad edildi. Bu zəfərdən dərhal sonra həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. Azad edilmiş ərazilərimizə böyük qayıdışın təmin edilməsi ölkəmizin 2032-ci ilə qədər 5 milli prioritetlərdən biri kimi müəyyən olunub və uğurla həyata keçirilməkdədir. 2022-2026-cı illərdə Sosial-iqtisadi inkişaf Strategiyası qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcək mühüm yol xəritəsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramında qlobal trendlər, ərazilərin bərpası və yenidənqurulması üzrə mövcud vəziyyət, hədəf, göstəricilər və digər mühüm məsələlər yer alıb. Bu proqram yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi üçün önəmli tarixi sənəddir

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button