Sonuncu tərkibi ilə Milli Məclisin demoktatiyanın tələblərinə uyğun olduğunu deyə bilərik
Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları inkişaf etdirmək və Milli Məclisin fəaliyyətini daha yaxşı şəkildə təşkil etməkdir. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Azərbaycan Respublikasının beynəlxalq arenada islahatların aparılması istiqamətində mümkün olan hər bir addımı atmaqdadır. Zərbaycan Respublikasında ümumi və regional sosial-iqtisadi inkişaf, əhalinin sosial müdafiəsi, insanların yaşayış şəraitinin yaxşılaşdırılması, beynəlxalq aləmdə dövlətin nüfuzunun daha da möhkəmləndirilməsi, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması və s. İstiqamətlərdə aparılan işlər ölkəmizin sülhməramlı və sürətlə inkişaf edən bir dövlət olduğunu, eləcə də xalqımızın tolerant, dərin milli, mənəvi və mədəni irsə malik bir xalq olduğunu sübut etmişdir. Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – Aİ tərəfindən verilmiş bu qiymət, seçkilərin tanınması deməkdir. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Azərbaycanda aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan regional lider dövlətə çevrilib. Ölkədə aparılan islahatlar vətəndaş məmnunluğunu artırır. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.
Ölkə başçısı Cənab Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir:
“Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı