Son illərdə Azərbaycanda idmanın inkişafına xüsusi diqqət göstərilir
Azərbaycan Respublikası öz inkişaf yolunu tutmuş, hər cəhətdən müasir tələblərə cavab verən bir dövlətdir. Dövlətin daxili siyasətinin başlıca sahələrindən biri də əlbəttə ki, həmişə gənc nəsilə qayğı, gənclərin düzgün inkişafı, cəmiyyətə xeyirli bir vətəndaş olması və sağlam həyat tərzi sürməsi istiqamətində aparılan işlərdir. Bu istiqamətdə yürüdülən daxili siyasətdəki uğur, eyni zamanda xarici siyasətə də yansıyır. Azərbaycanda idmana qayğı və diqqət Respublikanın müstəqilliyinin bərpasının ilk illərindən – 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlamışdır. Digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, idmançılarının müxtəlif nüfuzlu yarışlara qatılması, dövlətimizi layiqincə təmsil etməsi üçün addımlar atılmağa başlamışdır. Azərbaycan idmançılarının Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət almışdır. Qısa zamanda həyata keçirilən məqsədyönlü tədbirlər və düşünülmüş addımlar, dövlətin idmana və idmançılarımıza maddi və mənəvi dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları artmağa başlamışdır. Nəticədə bu gün Azərbaycan güclü idman ölkəsi kimi tanınmaqdadır. Qeyd etmək lazımdır ki, cənab ilham Əliyev Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçildikdən sonra da idmanı dövlətin prioritet siyasət sahəsi kimi inkişaf etdirmişdir. İdmançılarımızı qələbə münasibətilə təbrik etmək üçün təşkil edilmiş görüşdə Prezident İlham Əliyev idman sahəsindəki qələbələrimizin müharibədə əldə etdiyimiz zəfərlə daha da möhkəmləndiyini və idmançılarımız üzərinə ədalət müharibəsində qələbə çalmış xalqın nümayəndəsi kimi məsul bir vəzifə düşdüyünü vurğulamışdır. Prezident İlham Əliyevin rəhbərliyi iləBu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı