Analitika

Son illər xalqımız üçün bir-birindən dəyərli, yaddaqalan hadisələrlə yaddaşlara həkk olunub

31 dekabr-Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev Həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.

Baş Komandan İlham Əliyevin 31 dekabrdakı çıxışında Xankəndi və Xocalı sakinlərinə verdiyi müjdəli xəbər hər birimizi çox sevindirdi. Və əminik ki, növbəti illərdə də bayramı azad edilmiş torpaqlarda edəcəyik. Burda isə yalnız bir məsələ var. Uğurlu siyasət . Bəli, artıq illər keçdikcə ölkəmizin inkişafı da irəliləməkdədir. Biz bundan yalnız sevinə bilərik. Bu il tarixə düşən əsas faktlardan biri də Azərbaycanda separatizmin kökü kəsildi və separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməyəcəyidir. Düşünürəm ki, bundan sonra da uğurlarımızın ardı-arası kəsilməyəcək. Daha bir sevindirici xəbərlərdən biri də gələn il COP 29 Azərbaycanda keçiriləcək. Belə halların tez-tez yaşanması bizim üçün mühümdür və dünya üçün mesajdır. Hər zaman əbədi olaraq uğurlarımız daim olsun deyək və ölkəmizin inkişafı üçün dəmir yumruq kimi çalışaq.

Kərimov Qara,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button