GündəmSəhiyyə

Son beş ayda TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 10 milyon 546 min müraciət qeydə alınıb

Cari ilin ilk beş ayında TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə 10 milyon 546 min 23 müraciət qeydə alınıb.

Aktualinfo.az“Report”a istinadən xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Quliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasında mediatur zamanı deyib.

Onun sözlərinə görə, müraciətlərdən 219 min 180-i stasionar, 10 milyon 326 min 843-ü ambulator olub:

“Eyni dövr ərzində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 37 milyon 481 min 249 (4 milyon 889 min 729-u stasionar, 32 milyon 591 min 520-i ambulator olmaqla) olub”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button