
2 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatı və Siyəzən Rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilib.
Aktualinfo.az xəbər verir ki, Siyəzən Gənclər Evində baş tutan tədbirdə rayonun ümumtəhsil məktəblərini təmsil edən komandalar iştirak ediblər. Oyun zamanı məktəblilər öz bilik və düşüncə qabiliyyətlərini nümayiş etdirərək, həm komanda ruhunu, həm də Vətənə olan sevgilərini ifadə ediblər.
Yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Nəticədə Siyəzən şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin “Birlik” komandası qalib adını qazanıb. Qaliblər təşkilatçılar tərəfindən fəxri fərman və medallarla təltif olunublar.
Tədbirin əsas məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək, intellektual düşüncə və komanda fəaliyyətinə marağı artırmaq olub.











