Analitika

Siyasi partiyalarla münasibətlərin hüquqi tənzimlənməsi zamanı siyasi sistemin ümumi inkişaf qanunlarına uyğun  yenilənmə tələb olunurdu

“Ümumiyyətlə siyasi sistem daim inkişaf edən və dəyişikliyə meyilli bir orqanizmdir. Bu inkişafa zaman, tarixi dövr və ən əsası yeni reallıqlar təsir edir. Bu sistemin əsas struktur elementlərindən biri də siyasi partiyalardır. Buna görə də Azərbaycanda siyasi partiyalarla münasibətlərin hüquqi tənzimlənməsi üçün dünya təcrübəsinə uyğun yeni qanunun qəbul edilməsi artıq labüd idi. Hər şeydən əvvəl qanun ictimai tələb əsasında qəbul edilib. Üstəlik, parlamentdə təmsil olunan partiyaların yekdil müraciəti ilə”

Bunu “Aktualinfo.az”a açıqlamasında siyasi ekspert Əli Babazadə deyib.

Əli Babazadə bildirib ki, Azərbaycanda mövcud olan demokratik mühit, siyasi fəaliyyət üçün azad imkanların yaradılması insanların sərbəst şəkildə müəyyən ideya ətrafında birləşməsi üçün şərait yaradıb və çoxpartiyalı sistemin təşəkkülü prossesi artıq başa çatıb. Bunu ona görə xüsusi qeyd edirik ki, bir çox manipulyatorlar bu Qanunun qəbul edilməsini siyasi insiharçılıq aktı kimi təqdim etməyə çalışır:

“Bu isə kökündən yanlış yanaşmadır. Bu yanaşmanı dəstəkləyənlər hüquqi akt kimi Venesiya Komissiyasının müddəalarını rəhbər tutur və bildirir ki, qanunun təsdiq edilməsində Venesiya Komissiyasının rəyinin nəzərə alınmaması qanunun legitimliyini şübhə altına qoyur. Nümunə üçün qeyd edək ki, qanunun hazırlanması zamanı mövcud komissiyanın sırf siyasi partiyaların statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində bilavasitə nəzərə alınıb. Üstəlik Qanunda ictimaiyyətin və digər partiyaların tələbləri nəzərə alındıqdan sonra yekun nəticədə Venesiya Komissiyasının tələblərindən daha humanist yanaşma tətbiq olunmuşdur. Misal üçün deyək ki, Venesiya Komissiyasının verdiyi rəylər arasında bir sıra presedentlər var ki, bu ölkələrdə siyasi partiya yaratmaq üçün minimum üzv sayı əhalinin 0,1 faizi qədər müəyyən olunub. Bu məntiqlə yanaşsaq Azərbaycanda siyasi partiyanın qeydiyyata alınması üçün onun minimum 10.000 üzvü olmalı idi. Hazırki qanunda isə bu rəqəm minimum 5.000 müəyyən olunub”

Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsinin həm də cəmiyyəti təsadüfi qüvvələrərin zərərli təsirlərindən qoruyacağını deyən Əli Babazadə qeyd edib ki, siyasi partiyaların müəyyən olunmuş 5.000 nəfərlik üzv sayına malik ola bilməməsi həm də onların öz elektoral funksiyasını yerinə yetirə bilməməsi deməkdir. Siyasi Partiyanın ən böyük iddiası hakimiyyətdə təmsil olunmaq, və ya hakimiyyətə gəlməkdir. Əgər bir partiyanın 5.000 nəfərlik sosial bazası yoxdursa, bu partiya hansı əsasla yüksək təmsilçilik iddiasında ola bilər?

Deməli bu Qanunun qəbul edilməsi böyük siyasi anbissiyaları olan partiyaların və ya təşkilatların real potensialını ortaya qoyacaq.

“Ümumiyyətlə yeni Qanun ölkədə siyasi münasibətləri tənzimləyən hüquqi akt kimi olduqca vacib yenilikdir və bu, tezliklə ictimai həyatda canlanma və sağlam rəqabət yaradacaq. Kütləvi siyasi mədəniyyətin əsas göstəricisinə çevriləcək”

Oxşar Xəbərlər

Back to top button