“Siyasi partiyalar haqqında” yeni qanun ölkədə siyasi münasibətlərin tənzimlənməsində mühüm rol oyanayacaq
“Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və o gündən bu günə 30 il keçir. Hazırda Azərbaycan Respublikası siyasi sistemində və sözügedən sistemdə partiyaların fəaliyyətində önəmli bir sıra addımların, irəliləyişlərin olması, indiki şəraitdə qüvvədə olan qanun müasir tələblərə cavab verən ölkəmizin, cəmiyyətimizin inkişafına yetərli deyil. Belə halda, siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində həmin qanun ciddi maneələr yaradır. Ona görə də, müasir inkişafın spesifikası və səviyyəsi nəzərə alınaraq, bu sahədə yeni qanunun hazırlanması zəruridir. Nəhayət, belə bir zaman yetişdi, Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin rəhbərliyinə müraciət edərək yeni qanunun hazırlanmasının vacibliyini qeyd etdi. Bu qanunun önümüzdəki illər ərzində önəmi daha önə çıxacaq və siyasi partiyaların fəaliyyəti üçün daha geniş imkanlar yaradacaq.siyasi partiyalar Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir. İndiki reallıqlar müəyyən qədər fərqlidir, buna görə də partiyaların seçkilərdə iştirak səviyyəsi də diqqətə alınıb. Yeni qanun hazırlanarkən mövcud reallıqlar, həm ölkəmizin, həm də siyasi partiyaların inkişaf yolu nəzərə alınmışdır. Ümumilikdə siyasi partiyaların dövlət səviyyəsində aktiv rolu, yeni qanunun icrasını vacib bir ehtiyac halına gətirdi. Burada siyasi partiyaların maliyyə məsələsi, onun idarə olunması, partiyaların parlament müstəvisində fəaliyyəti və s. məsələlər haqqında müddəalar əksini tapıb.. Yəni sənəd yeni yanaşmalar əsasında hazırlanmışdır, bu da o deməkdir ki həmin məsələlər burada öz əksini tapıb.. Ümumiyyətlə yeni qanun layihəsi hazırlanarkən əsas məqsəd partiyaların fəaliyyətini məhdudlaşdırmaq yox, daha da genişləndirmək olub və qanun qəbul edilənə qədər bu məqsəd güdülüb. Əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantına ümumilikdə 110 düzəliş edilib. Düzəlişlər həm mahiyyət baxımından, həm də texniki baxımdan olub.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı