“Siyasi partiyalar haqqında ” Qanun yeni siyasi sistemin formalaşmasına təkan verəcəkdir
Bildimiz kimi, Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələri siyasi sistemin təkmilləşməsi məqsədilə lazımi addımların atılmağı üçün “Siyasi partiyalar haqqında “Qanun layihəsinin təkmilləşməsi üçün Milli Məclisə müraciət etmişdirlər. Ümumilikdə siyasi partiyaların yaradılması, qeydiyyata alınması və ləğvi qaydalarında dəyişiklər, siyasi partiyanın fəaliyyətinə nəzarətin təklif olunduğunu müşahidə edirik. Qanunda qeyd olunur ki, Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət siyasi partiyaların Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, onların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına şərait yaradır. Həmçinin vurğulanır ki, siyasi partiyalar könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, kollegiallıq, qanunçuluq və aşkarlıq prinsipləri əsasında təsis edilir və fəaliyyət göstərirlər, onlar qanun qarşısında bərabərdirlər.
Əgər Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi, terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği, irqi, dini və ya etnik düşmənçiliyin salınması hallarına rast gəlinərsə, Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir.
Əsas məsələlərdən biri isə, siyasi partiyanın qərargahı Azərbaycan Respublikasında yerləşməlidir. Siyasi partiya fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində həyata keçirə bilər,lakin bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ yoxdur. Siyasi partiyalar öz hüquqlarından sui-istifadə etməməlidirlər. Siyasi partiyaya üzv olmaq kişi və qadınlar üçün eyni şərtlərlə mümkün olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.
Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Dövlət qeydiyyatına alınması üçün partiyanın azı 5000 üzvü olmalıdır. Siyasi partiya təsisçiləri təsis yığıncağı keçirərək partiyanın nizamnamə və proqramını qəbul etdikdən sonra öz aralarından təmsilçi seçirlər, yığıncaq zamanı əldə olunan nəticələr protokolla rəsmiləşdirildikdən sonra səlahiyyətli şəxs ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək həmin sənədləri 30 gün müddətinə təqdim edir. Dövlət qurumu da 30 gün müddətinə həmin partiyanın tələblərə uyğunluğunu yoxlayır. Nəzərdə tutulmuş məlumat müvafiq dövlət qurumuna daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi üzvlərin sayının təmin edilməsi üçün tədbirlər görür və onların reyestrini tərtib edir.
Muradova Nərgiz,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi