Serbiya və Azərbaycanın beynəlxalq arenalarda eyni mövqedən çıxış edir
Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb. Bütün bunlar Azərbaycan-Serbiya münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən, təbii qaz, elektrik enerjisi və digər sahələrdəki əməkdaşlıqdan da danışdı. Görüşdə ticarət-iqtisadi əlaqələrin, enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və yeni layihələr əsasında genişləndirilməsi məsələlərindən bəhs olunub. Kənd təsərrüfatı, nəqliyyat, əmək və sosial müdafiə, mədəniyyət, İKT, turizm, təhsil və s. sahələrdə əlaqələrin inkişafı etdirilməsi üçün aparılan işlər və hədəflər müzakirə edilib. Serbiya ilə Azərbaycanın beynəlxalq arenalarda eyni mövqedən çıxış etmələri əlaqələri sağlam təməl üzərində təkmilləşdirir. Bizim əməkdaşlığımızın strateji hədəfləri var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib: “Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə Sizə təşəkkürümü bildirirəm. Bu, əsl dostun sözləridir və bizi Prezident Aleksandar Vuçiçlə dostluq əlaqələri bağlayır. Hesab edirəm ki, Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır.” Əməkdaşlığın vacib amillərindən olan müdafiə sənayesində texnologiya mübadiləsi, üçüncü ölkələrin bazarlarına birlikdə çıxarılacaq bəzi məhsullar üzərində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub. Bunun üçün serbiyalı və azərbaycanlı mütəxəssislərin birgə fəaliyyəti üçün əlverişli imkanların səmərəli olacağı vurğulanıb. Mətbuata bəyanatında dost münasibətlərindən söz açan Prezident İlham Əliyev iki ölkə arasında energetika sahəsindəki perspektivləri müasir dövrümüzün aktual məsələsi kimi diqqətə çatdırmışdı. Azərbaycanın enerji təhlükəsizliyinin əsas istiqamətlərindən biri də ölkənin elektrik enerjisinə olan daxili ehtiyacının fasiləsiz təmin edilməsindən ibarətdir. İkitərəfli məsələlərin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildiriblər. Serbiyanın müdafiə sənayesi sahəsində ciddi uğurları var. Bu istiqamətdə də Azərbaycan-Serbiya münasibətləri perspektivlidir. Azərbaycan daim öz hərbi-iqtisadi gücünü artıran, sülhməramlı dünyəvi bir dövlətdir. Ona görə də ölkəmizdə müdafiə sənayesinin inkişafı, müasir avadanlıqların alınması və sair baxımından da Serbiya-Azərbaycan münasibətləri cəlbedicidir. Serbiya Azərbaycanın xarici ticarət tərəfdaşları içərisində 68-ci yerdədir. Təbii ki, bu göstəricilər özündə ölkələr arasındakı siyasi dostluğu tam mahiyyəti ilə ehtiva etmir. Avropada kifayət qədər cəlbedici olan orqanik kənd təsərrüfatı məhsullarının Serbiya vasitəsilə Mərkəzi və Şərqi Avropa ölkələrinə çıxara bilərik. Önəmli olan odur ki, Azərbaycan-Serbiya iqtisadi münasibətləri üçün zəngin perspektivlər və etibarlı siyasi dayaq mövcuddur.
Səba Rzayeva,
YAP-ın gənc fəalı