SosialGündəm

Şəkidə YAP-ın 33-cü ildönümünə həsr olunan şahmat turniri keçirildi

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının və Şəki Uşaq Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə Şəki şəhər Uşaq Gənclər İdman Şahmat məktəbində partiya üzvləri arasında şahmat turniri keçirilmişdir. Ənənəvi xarakter daşıyan bu tədbir partiya üzvlərinin intellektual bacarıqlarının inkişafı, sağlam rəqabətin təşviqi və kollektiv ruhunun gücləndirilməsi məqsədi daşıyıb.

Turnirin açılış mərasimində əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov partiyanın 33 illik fəaliyyətinə nəzər salaraq Müstəqil Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışmış, Ulu Öndərin siyasi varisi, partiyamızın sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin olkəni tərəqqiyə, möhtəşəm Zəfərə çatdırdığını diqqətə çatdırmışdır. Həmçin turnirin təşkilinin əhəmiyyətindən, gənc nəslin intellektual potensialının artırılmasının önəmindən bəhs etmişdir. Qeyd olunub ki, belə tədbirlər partiya üzvlərinin həm sosial aktivliyinin artırılmasına, həm də intellektual inkişafına mühüm töhfə verir.

Turnirin baş hakimi Sadiq Mehtiyev çıxış edərək turnirin qaydaları barədə məlumat vermişdir.

29 partiya üzvünün yarışdığı turnirin yekununda ilk 3 yer tutan şəxslərə YAP Şəki rayon təşkilatının diplomları və xatirə hədiyyələrə təqdim edilmişdir.

Oxşar Xəbərlər

Back to top button