SosialElm və TəhsilGündəmMədəniyyət

Şəkidə YAP fəalları Heydər Əliyevin irsini yad etdilər

2025-ci il mayın 7-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının “Bağbanlar” ərazi partiya təşkilatında tədbir keçirilib. Tədbirdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, sədr müavini Ziya Vəliyev, partiya veteranı Kamil Məmmədov, Şəki Dövlət Regional Kollecin direktoru Sərdar Şərifov və partiya fəalları iştirak ediblər.

Aktualinfo.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ümummilli lider Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bağbanlar ərazi partiya təşkilatının sədri Mədinə Abdurahmanova tədbiri giriş nitqi ilə açaraq tədbirin keçirilməsi və əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi Ulu Öndərimizin əziz xatirəsinə olan hörmət və ehtiramımızı göstərir

Daşqın Mikayılov çıxışında bu cür tədbirlərin Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsi, təbliği və  gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycanın inkişafında, dövlətçiliyinin möhkəmlənməsində və xalqın rifahının yüksəldilməsində Ulu Öndərin misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərimizin ideyaları bu gün də onun layiqli davamçısı olan Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Partiya veteranı Kamil Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin hələ Sovet İttifaqı dönəmində Azərbaycan xalqının hüquq və maraqlarını cəsarətlə müdafiə etdiyini, ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafına mühüm töhfələr verdiyini bildirib. Diqqətə çatdırıb ki, daim Azərbaycanın maraqlarını diqqət mərkəzində saxlayan Heydər Əliyevin sovet dövründəki fəaliyyəti yalnız o dövr üçün deyil, həm də Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaradan mühüm bir mərhələ idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli inkişaf yolu və Partiyamızın ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan bəhs edib.

Şəki Dövlət Regional Kollecin 3-cü kurs tələbəsi Turanə Əhmədova çıxışında xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin gənclərə və təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb

Sərdar Şərivov çıxış edərək Ümummilli liderimizin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən, onun təhsilimizə olan diqqət və qayğısından danışıb. Ulu Öndərimizin rəhbərliyi dövründə təhsil sahəsi daim prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.  Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı, onun ümummilli lider kimi Azərbaycan cəmiyyətinin gələcəyinə verdiyi böyük önəmi əks etdirdiyini vurğulayıb.

Çıxışlardan sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub

Sonda partiya sıralarına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim edilib.

Oxşar Xəbərlər

Back to top button