GündəmMaraqlıSosial

Şəkidə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan futzal üzrə “Şəki kuboku -2025” turniri başa çatıb

Aktualinfo.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2025” turniri başa çatıb. Turnirdə Şəki rayonu əraizisində fəaliyyət göstərən təşkilatları təmsil edən 20 komanda iştirak edib. 1 ay davam edən turnirin qalibi gərgin idman mübarizəsi və dostluq şəraitində keçən finalda “Ədliyyə” komandasını 3:2 hesabı ilə məğlub edən “AzTrade” MMC-nin komandası olmuşdur. Turnirdə üçüncü yeri “Səhiyyə” komandası, dördüncü yeri isə “Marxal” komandası tutmuşdur.

Turnirin bağlanış mərasimində YAP Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, idman həvəskarları iştirak etmişdir. Mərasimdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulamış, idmana olan dövlət qayğısından bəhs etmişlər. Qeyd olunmuşdur ki, ənənəvi olaraq hər il keçirilən turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması və təşkilatlarda çalışanlar arasında xoş ünsiyyətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi olmuşdur.

Sonda qaliblərə kubok, medal, diplomlar verilmişdir. Bundan əlavə turnirin “ən yaxşı oyunçusu”, “ən yaxşı qapıçısı” və “ən çox qol vuran oyunçusu” nominasiyasının qaliblərinə də diplom və xatirə hədiyyəsi verilmişdir

Oxşar Xəbərlər

Back to top button