
Şəki Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Aktualinfo.az xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının rəhbərliyinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin üzvlərinin, veteranların iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan zəfərə” adlı film nümayiş olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulduğunu, yenidən hakimiyyətə gəldiyi gün Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edildiyini bildirib, müstəqil respublikamızın əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfərin də bu uğurların məntiqi nəticəsi olduğunu vurğulayıb.
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək partiyanın yaranma tarixinə nəzər salıb, Azərbaycanı böyük təhlükələrdən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi zərurət olduğunu vurğulayıb.
Şəki Regional Elmi Mərkəzin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov çıxış edərək 90-cı illərin əvvəllərində ölkədə baş verən siyasi hadisələrdən danışıb, yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevinhakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini bildirib.
Tədbirin sonunda 65 illik yubileyi ilə əlaqədar, Şəkinin ictimai-siyasi həyatında fəal iştirakına görə “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Şəki rayon filialının sədri Məmmədnuru Əzizova və Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilmiş beynəlxalq musiqi müsabiqəsində fortepiano ifası üzrə yüksək nəticə göstərərək, birinci yerə layiq görülən Ayan Əhmədzadəyə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edilib.