GündəmMaraqlıSiyasətSosial

Şəki şəhərində 15 İyun – Milli Qurtuluş Gününə Həsr Olunmuş Tədbir Keçirilib

İyunun 12-də Şəki şəhər 12 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Dağ dibi” ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının və Şəki şəhər 12 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Aktualinfo.az xəbər verir ki, tədbirdə YAP Şəki rayon təşkilatının, “Dağ dibi” ƏPT-nın vəməktəbin rəhbərliyi, müəllim və işçi heyəti, ərazi partiya təşkilatında qeydiyyatda olan partiya fəalları iştirak etmişdir.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunmuş, Ümummilli lider Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İntizarAbdullayeva 15 iyunun Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutduğunu qeyd edərək, bu günün dövlətçilik tariximizdə dönüş nöqtəsi olduğunu vurğulamışdır. Bildirmişdir ki, 1993-cü ilin bu əlamətdar günündə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkədə xaos və anarxiyanın qarşısını alaraq sabitliyin və inkişafın əsasını qoydu.

Ərazi partiya təşkilatının sədri Rafiq Abdullayev çıxış edərəkMilli Qurtuluş Gününün tarixi əhəmiyyəti xüsusi vurğulanmış,bu günün xalqımızın nicat və dirçəliş günü olduğunu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrik siyasi iradəsi və fədakar fəaliyyəti nəticəsində ölkəmizin parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas olduğu bildirmiş, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə YAP üzvlərinin daim fəal və vətənpərvər olmasının vacibliyi qeyd etmişdir.

Partiya veteranı Kamil Məmmədov çıxışında bildirib ki, 15 İyun tarixi Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsidir. Qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində tarixi rol oynayıb. Bu günün hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu və ölkənin bugünkü uğurlarının təməlində həmin tarixi dönüşün dayandığını diqqətə çatdırıb.

Məktəbin müəllimi Vüsalə Zahidova çıxışında Prezident cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və suverenlik ili” elan etməsini dövlətçiliyimiz və milli birliyimiz baxımından mühüm bir addım olduğunu, bu sərəncamın ölkəmizin hüquqi əsaslarının möhkəmləndirilməsi, vətəndaşların konstitusion biliklərinin artırılması və suverenliyimizin daha da gücləndirilməsi istiqamətində mühüm təşəbbüs olduğunu qeyd edib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxışında Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanıldığını və bugünkü uğurların təməlində məhz həmin dövrdə atılan addımların dayandığını, 15 iyun tarixi həm də Yeni Azərbaycan Partiyasının siyasi kursunun gücünü və xalq tərəfindən necə dəstəkləndiyini, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısıcənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kursun uğurla davam etdirildiyini, regionun lider dövlətinə çevrilmiş Azərbaycan hər bir sahədə dinamik inkişaf etdiyini, öz ərazi bütövlüyünü bərpa etmiş qalib bir dövlət kimi tarixə imza atdığını və ölkəmizin regional və qlobal miqyasda nüfuzunun daha da artdığını diqqətə çatdırıb. Çıxışının sonunda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə birliyimizi qorumağa və daim Ulu Öndərin ideyalarına sadiq qalmağa çağırıb.

Tədbirdə Partiyamızın veteran üzvü Vaqif Məmmədovatəşkilatımızın fəaliyyətində səmərəli xidmətlərinə görə və 75 illik yubileyi münasibətilə YAP Şəki rayon təşkilatının Fəxri fərmanı təqdim olunmuşdur.

Tədbirin sonunda məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda və Ulu Öndərimizə həsr olunmuş şerlər səsləndirilmiş, 15 İyun Milli Qurtuluş Günü ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Oxşar Xəbərlər

Back to top button