
22 İyul – Milli Mətbuat Günü münasibətilə Aktualinfo Media Qrupunun icraçı direktoru Şahzadə Əbdürəhmanovaya Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Bu diqqət və dəyər ölkəmizdə media nümayəndələrinin fəaliyyətinə verilən yüksək qiymətin, söz və informasiya azadlığının inkişafına göstərilən dəstəyin bariz nümunəsidir. Mətbuatın cəmiyyətin düzgün məlumatlandırılmasında və milli maraqların təbliğində oynadığı mühüm rol hər zaman yüksək qiymətləndirilir.
Media sahəsinə göstərilən diqqət və etimada, eləcə də bu dəyərli xatirə hədiyyəsinə görə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatına səmimi təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzulayırıq. Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, peşə fəaliyyətlərində yeni nailiyyətlər diləyirik.




