
2020-ci il Azərbaycanın şanlı səhifələrinə öz adını qızıl hərflərlə yazdırdı.Daim şəfəqlərdə sərin məhlə süzülən üçrəngli bayrağımız şərəfli tarixin müqəddəs simvoluna çevrildi.Fəxrlə söylədiyimiz “Vətən müharibəsi”nin ayrılmaz hissəsinə çevrildi. 27 sentyabr 2020- ci İldə Azərbaycan igid, qəhrəman ordusu Böyük Vətən müharibəsinin əsasını qoydu.Silaha sarılaraq 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarını azad etmək üçün səfərbər oldu.Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə vahid xalqımız daha da qüvvətləndi.Səngərlərimiz əsgərlərlə , küçələrimiz isə xalqın “Qarabağa azadlıq” şüaları ilə dolub daşdı.Bu əzm,bu rəşadət sayəsində ilk öncə bir neçə kənd,qəsəbə,daha sonra isə illərlə düşmən tapdağı altında qalmış gülüstan Qarabağımız azad olundu.Ordumuzun gücü, göstərdiyi qəhrəmanlıq, xalqın birliyi və ən əsası da da cənab prezidentimizin rəhbərliyini görən düşmən ordusu geri çəkildi. 2020- ci il 20 noyabr tarixində Ağdam şəhəri tam müqavimətsiz Azərbaycana təhvil verildi.Elə həmin gündən Ağdam dirçəlməyə , gözəlləşməyə başladı.Dövlət tərəfindən maliyyə vəsaiti ayrılaraq Ağdam yenidənqurma işləri başladı.Düşmən tərəfindən irsimizə, mədəniyyətimizə qarşı törədilmiş vəhşiliklər gözlər qarşısına sərildi.Neçə əsrlərdir bizimlə olan Ağdam Cümə məscidi yenidən bərpa olundu.Milli-mədəni abidələrimiz həmişəlik əbədiləşdirildi. Bu günkü günümüzdə Qarabağ,ən əsası Ağdam və digər şəhərlərimiz dirçəlmiş,xalqın yaşayış məskənlərinə çevrilmişdi.Cənab İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olan bölgələrimiz güllük-gülüstanlığa çevrilmişdir. Beləliklə biz tarixin şanlı vərəqlərində baş komandan- ordu -xalq birliyini göstərərək qələbələrin ən gözəlini nümayiş etdirdik.
Əmirova Rəvanə,
Xarici Dil Müəllimliyi (rus dili)



