Analitika

“Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz kondensat yatağıdır!

Xəzərin Azərbaycan sektorunda yerləşən və dünyanın ən böyük qaz və kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının qazıntısı 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qaz ilə təchizatını təmin etmək üçün başlanmış, lakin vəsaitin, imkanların olmamasından bu iş davam etdirilməmiş və başlı-başına buraxılmışdır. 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti “Şahdəniz” yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının “Britiş Petroleum” və Norveçin “Statoyl” şirkətləri ilə müqavilə imzalamışdır. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə həmin şirkətlərə xüsusi səlahiyyətlər verilmişdir. Alyans yaradaraq işə başlamış bu iki şirkətə daha sonra Türkiyənin “Türkiyə Petrolları Anonim Ortaqlığı” şirkəti də qoşulmuşdur. 1996-cı ilin iyun ayında Bakıda “Şahdəniz” qaz-kondensat yatağının kəşfiy­yatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandıq­dan sonra neft ölkəsi kimi tanınan Azərbaycan, eyni zamanda, iri qaz təchizatçısı kimi də dünyanın ma­raq dairəsinə daxil olub. Bu saziş dünyanın transmilli neft şirkətlə­rinin “Əsrin müqaviləsi”nin imza­lanması ilə təməli qoyulmuş Azər­baycanın yeni neft strategiyasının hədəflərinin dəqiqiliyinə inamı bir qədər də artırıb.

Nəhayət, Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Şahdəniz layihəsində işlər iki mərhələdən ibarətdir. Şahdəniz Mərhələ-1 əməliyyatlara 2006-cı ildə başladı. Həmin dövrdən, o, Azərbaycanı, Gürcüstanı və Türkiyəni təhlükəsiz və etibarlı qazla təchiz edir. Şahdəniz Mərhələ-2 və ya Yatağın Tammiqyaslı İşlənməsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artırmış və hazırda dünyada ən iri layihələrdən biridir.

“Şahdəniz” yatağının istismara verilməsi ilə Azərbaycan dünyanın potensial qaz ixracatçısına çevril­məklə yanaşı, ölkə sənayesinin qaz­laşdırılması üçün də imkan yarandı. 2013-cü il tarixində “Şahdəniz” Konsorsiumu ilə 9 Avropa şirkəti arasında Qaz Satışı üzrə Sazişlər imzalanıb. 2023-cü ilin birinci yarısında Şahdəniz yatağından Azərbaycan, Gürcüstan, Türkiyə bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir. Ötən müddətdə Azərbaycan bir sıra qaz-kim­ya zavodları kimi sənayedə əlavə dəyər yaradan sahə əldə etdi. Əgər həmin müəssisələr idxal qazı hesa­bına işləsəydi, istehsal olunan məh­sullar baha başa gəldiyindən rəqabət qabiliyyətli olmayacaqdı. “Şahdəniz” layihəsi XXI əsr ərzində faktiki olaraq Azərbay­canın qaz ixracının əsas resurs baza­sı kimi qalacaqdır. Belə ki, yataqda 1 milyard kubmetr qaz ehtiyatı mövcuddur.

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button