Analitika

Sabit əməkdaşlıq əlaqələri

Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, beynəlxalq arenada əməkdaşlığı genişləndirərək daha da dərin iqtisadi və siyasi  münasibətlərə can atır. Azərbaycan mütəqil dövlət kimi bir sıra təşkilatlara üzv ola bilmişdir. Bunlardan BMT, İKT, ATƏT,  Avropa Şurası, NATO, GUAM, MDB və digərlərini misal olaraq çəkmək olar.

Bu sayda beynəlxalq təşkilatlarla mehriban və dinamik əməkdaşlıq edən Azərbaycanın regionda illər uzunu aradan qaldıra bilmədiyi ən böyük problemi Ermənistanla olan münasibətlərinin düzgün bərpası problemidir. Tarix boyu onların Azərbaycana etdiyi ən böyük siyasi ədalətsizlik olan Qarabağ problemi hələ də tam həllinin tapmıyıb. Buna görə də regionda vəziyyət gərgin olaraq qalır. Bütün bu gərginliyi aradan qaldırmaq məqsədilə Azərbaycan dəfələrlə istər özü tək, istərsə də beynəlxalq qurum və təşkilatların dəstəyi ilə görüşlər keçirmiş, müzakirələr aparmış, ortaq məxrəcə gələ bilmək üçün düzgün çıxış yolları təüdim etmişdir. Bu görüşlərdən biri də may ayının 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federsiyasının Prezidenti Vladimir Putinlə olub. Bu görüşdə məqsəd münasibətlərin nizama salınması idi. həmin görüşdə prezident İlham Əliyev öz nitqində vurğulamışdı: “Hesab edirəm ki, Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıması, konkret ərazi göstərilməklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması ilə bağlı ortaq qərara gəlinəcək”.

Dövlət başçısı Moskvada keçirilən üçtərəfli görüşün yekunlarına görə Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişə ümid etdiyini bildirib. Rusiya lideri Vladimir Putin isə qeyd edib ki, iki lkə arasında münasibətlər bərabərlik, bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulub və tədricən inkişaf edir.

Biz də tam böyük ümidlə bu məsələyə yanaşırıq. Tezliklə erazi bütövlüyümüzün tam şəkildə rəsmi tanınmasiına  nail ola biləcəyik. Bizim üçün böyük zəhmət və zəfərlə qazanılmış bu torpaqlar əvəzsizdi.

Ələkpərova Rəvanə,
Xəzər rayonu, 324№li tam orta məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button