Analitika

Ruhlar şəhəri və yeni Ağdam

Bir zamanlar  düzlərini  köhlən Qarabağ atlarının kişnərtisi bürüyürdü, muğamatının səsi ta uzaqlardan gəlirdi. Bəs niyə ruhlar şəhərinə çevrildi? Kim idi bu vəhşiliyin müəllifi? Gəlin tarixə nəzər salaq.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşirXVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.Bu cür zəngin təbiətə ,əlverişli coğrafi mövqeyə malik olan ərazi bəs necə oldu ki,düşmənə təslim oldu! Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib.Ümumiyyətlə,Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir .Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub. Xalqına bu möhtəşəm qələbəni yaşadan Ali Baş Komandanımız  öz çıxışlarından birində demişdir : ”Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır ”. Onun göstərişi ilə hazırlanmış  və  2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunur. Ağdamda aparılan quruculuq işləri bütün xalqın gözü qarşısındadır. Bu xalqda böyük inam və qürur hissi yaradır.İşğal müddətində “Qafqazın Xerosiması”, “Ruhlar şəhəri “adlandırılan yerdən artıq əsər-əlamət  yoxdur. Bu Prezident ,Ordu, Xalq birliyinin nəticəsidir .Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələrinə misal olaraq 23.11.2020-ci ildə Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması,dağıdılmış Ağdam Cümə məscidini ziyarətini, 38.05.2021-ci ildə Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimini, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimini, Ağdam şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimini, Ağdam Sənaye Parkının təməlqoyma mərasimi, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməlqoyma mərasimini, ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimini, Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimini   və sair  obyektləri, səfərləri  missal göstərə bilərik.

Bütün görülən işlər “Qarabağa böyük qayıdışın”  bir hissəsidir. Bu quruculuq işləri həm də düşmənlərimizə göz dağıdır. Biz küllərindən yenidən yaranan xalqıq. Var olsun Prezidentimiz ,Ordumuz  və Xalqımız!

Nəcəfova Şəlalə,
Xəzər rayonu, 234 mömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button