Analitika

Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür

Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılrının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisədir. Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur.Dünya sürətlə dəyişir. Beynəlxalq sistemin bu dəyişikliklərə göstərdiyi reaksiya heç də dünyanın dəyişmə sürətinə adekvat görünmür. SSRİ-nin süqutundan sonra beynəlxalq siyasi konfiqurasiyada sürətli ardıcıllıqla baş verən hadisələrin xronologiyası göstərir ki, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün dünyanın idarə olunması kimi məsul bir vəzifəni daşıyan təşkilatlar bu dəyişikliklər qarşısında acizdirlər. Son 30 ildə BMT-nin dünyada yaranmış yeni reallıqlara uyğun olaraq islahatlara uğramaq zərurəti haqqında nə qədər çox danışılsa da əməli addımlar atılmır, BMT və ATƏT kimi vacib qurumların baş verənlərə təsir imkanları getdikcə sıfıra yaxınlaşır. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Nəticə etibarilə, dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib. Yenə də artıq bir neçə dəfə səsləndirdiyim fikri təkrarlamağa məcburam: biz bu bəsit və ziyanlı təfəkkürlə hərəkət edən müxalifətlə hara gedirik? Cəmiyyət daxilində səsini ucaltmağa, siyasi hakimiyyətə iddia etməyə çalışan bu antimilli qrupların özbaşınalığına nə vaxtadək dözməliyik? Artıq sağlam məntiqdən uzaq davranışlarla gündəmdə qalmağa çalışan, yeniləşə, müasirləşə bilməyən, dövlətçilik təfəkküründən və əxlaq normalarından uzaq radikal müxalif qrupların siyasi səhnədən getməsinin və konstruktiv düşüncənin önə çıxmasının zamanıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan müxalifət də öz payını götürməli, müasir Azərbaycana müasir azərbaycanlının gözü ilə baxmağa alışmalıdır.

Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button