Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr bir çox prosseslərə müsbət təsir edəcək
Ölkəmiz başlanğıcını 8 il bundan əvvəldən götürən Qlobal səviyyəli Bakı Forumuna onuncu dəfə ev sahibliyi edir. Cənab Prezident İlham Əliyevin sərəncamı əsasında təməli qoyulan, “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” tərəfindən keçirilən bu forumda bu il də ənənəvi olaraq dünyaca çox önəmli şəxslər iştirak edir. Açılışında Azərbaycan Prezidentinin iştirak etdiyi X Qlobal Bakı Forumun keçirilməsində çox mühüm məqsədlər vardı.Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb. Hər şeydən əvvəl onu demək lazımdır ki, Azərbaycanın haqlı mübarizəsinə uyğun olaraq, 2 il əvvələ qədər otuz il idi ki, ərazilərimizin işğalına, bizə qarşı olan təcavüzə, insanlarımıza qarşı soyqırımına və bu proseslərə qlobal səviyyədə etinasızlığa qarşı amansız mübarizə aparırdı. Bizim dövlət və xalq olaraq bu mübarizəmizi aparmaqda əsas məqsədimiz bütün məhdudiyyətlərə baxmayaraq, regionda süni şəkildə yaradılmış keçmiş münaqişə ilə bağlı həqiqətləri işıqlandırmaq idi. Bu reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyada güc və söz sahibi olan beynəlxalq təşkilatlarla və dövlətlərlə güclü əlaqələrin yaradılması istiqamətində yürüdülən düzgün xarici siyasətin və uğurlu diplomatiyanın ən vacib komponentlərindən biri də belə mötəbər forumların və digər tədbirlərin keçirilməsidir. Beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi həm də ona görə yüksəkdir ki, bunu dövlətin maraqlarını təmsil edən dövlət qurumları deyil, qeyri-hökumət təşkilatları təşkil edir. Digər mühüm amil də həmin forumda daha çox dünya üzrə çox yüksək nüfuza və sözə sahib olan mötəbər şəxslərin iştirak etməsidir. Tədbirin önəmini artırmaq və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması da vacib məqamdır.Ölkə rəhbəri eyni zamanda Qarabağ münaqişənin həllinin regionda sülh və təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıdığını və bu münaqişəsinin həllinin regionda sülh üçün bir fürsət olduğunu bildirib. Azərbaycan Cənubi Qafqazda böyük və davamlı sülhün bərqərar olmasına çalışır. Cənab Prezidentimizin məqsədyönlü fəaliyyətində bu məsələ önəmli yer tutur. Artıq regionun inkişafı məqsədilə bir sıra addımlar atılmaqdadır. Yeni kommunukasiyalar çəkilir, iri layihələr icra olunur. Zəngəzur dəhlizi bu istiqamətdə əsas rol oynayacaqdır. Son olaraq bütün yaşananları göz önünə alsaq rahatlıqla demək olar ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan paytaxtında keçiriləcək və müzakirə olunacaq mövzularının zənginliyi ilə seçilən X Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunası olacaq.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı