Qırğızıstan-Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, hər iki xalq eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa Azərbaycan və qırğız xalqlarını dil və din eyniliyi də birləşdirir. Müstəqillik əldə etdikdən sonra bu münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başlayıb. İki dövlət arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Dövlətlər arasında sıx əlaqələrin yaradılması Ulu Öndər Heydər Əliyevin səyləri ilə baş tutub. Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib. Görüş zamanı iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac olduğu bildirilib 10 dekabr 2003-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin işi zamanı Qırğızıstan prezidenti Əsgər Akayevlə görüşüb Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ən ağrılı problemi olduğunu söyləyərək vurğulayıb ki, dövlət başçısı kimi o, bütün görüşlərində və çıxışlarında bu məsələni ön plana çəkir. Azərbaycan Prezidenti BMT-nin Baş katibi ilə görüşündə də Dağlıq Qarabağ probleminin həllini əsas məsələ kimi qaldırdığını bildirib. Qırğızıstan-Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir. İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün mühüm amildir. Türk dünyasının hazırda böyük potensialı var. Fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar var. Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır və bu sürətlə davam etdiriləcəkdir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı.