Analitika

Qərbi Azərbaycana qayıdış konsepsiyası dövlət siyasətinin mühüm tərkib hissəsidir

Tarixdə saxtakarlıq və sünilik sahəsində birinci olan ermənilər 200 ilə yaxındır Qərbi Azərbaycanda bizim tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olur. Daşnak ermənilərin planında türklərə aid torpaqları ələ keçirmək, onları öz yurdlarından qovmaq əsas məsələ olub. Ermənilər bu işə əvvəlcə mənəvi təxribatdan başlayıb. Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla Azərbaycan Prezidentinin görüşü tarixi bir hadisədir. Azərbaycan Prezidentinin dəfələrlə Ermənistanla bağlı söylədiyi tarixi faktlar var ki, bu faktlar əsaslı bir şəkildə ziyalılarımızın tarixdə saxtalaşdırılmış müəyyən məsələlərə yeni gözlə baxmasını və onların doğrusunu ortaya çıxarmasını tələb edir. Bir neçə il öncə Prezidentin özü də söyləmişdir ki, bizim İrəvan şəhəri Azərbaycan cümhuriyyətinin ilk günlərində ermənilərə güzəştə gedilib. Bu da çox böyük bir xəyanətdir. Eyni zamanda ermənilərin Cənubi Qafqaza köçürülməsi, ermənilərin tarixi vətənləri ilə bağlı elmi məlumatlar mövcuddur. Ermənilərin vaxtı ilə Qərbi Azərbaycan ərazilərində yaşaması iddiaları erməni mifologiyasıdır. Müdrikliklə səsləndirilən və bu gün dillər əzbəri olan “nəyi, necə və nə vaxt etmək lazımdır… bunu mən bilirəm” kimi dərin mənalı fikirləri bu gün Qərbi Azərbaycan icmasının da fəaliyyətinin yol xəritəsidir.

Qərbi Azərbaycan ərazisində yaşayan milyonlarla soydaşımız etnik təmizləməyə, deportasiyaya, soyqırıma məruz qalıb. Sonuncu  dəfə 1988-ci ildə üç yüz minə yaxın azərbaycanlı ağır vəziyyətdə erməni vandalları tərəfindən qovulub. Əslində Qərbi Azərbaycan haqqında əsaslı tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan ən mükəmməl məlumat möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2020-ci il 15 fevral tarixində ənənəvi Münxen Təhlükəsizlik Konfransında dünyanın gözü önündə Ermənistan Baş naziri ilə olan paneldə səsləndirilmiş və bununla da erməni saxtakarlığı ifşa edilmişdir. Həmçinin 24 dekabr tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla Azərbaycan Prezidentinin görüşü tarixi bir hadisədir. Ümumiyyətlə, möhtərəm Prezidentimiz bütün fəaliyyəti boyu, mötəbər kürsülərdə Azərbaycan xalqına və tarixi torpaqlarımıza qarşı olan ədalətsizlik haqqında uzaqgörən və müdrik fikirlər səsləndirmiş və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə barışmayacağını bildirib. Bunu deməkdə məqsədim odur ki, bu gün itirilmiş Qərbi Azərbaycan tarixi dövlət siyasətinin tərkib hissəsidir, desək yanılmarıq”.  Prezident İlham Əliyevin çıxışlarında davamlı olaraq, İrəvanın, Zəngəzurun, Göyçənin tarixi Azərbaycan torpaqları olması haqqında verdiyi mesajlar bir daha bu məsələnin nə qədər prioritet olmasına sübutdur.

Bu gün heç şüphəsiz ki, xalqımız Müzəffər Ali Baş Komandanın qüdrəti və apardığı uğurlu xarici və daxili siyasət sayəsində Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağına qətiyyətlə inanır və öz liderinin ətrafında sıx birləşərək yeni qələbələrə zəmin yaradır.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button