Analitika

Qazaxıstan prezidentinin Azərbaycana rəsmi səfəri

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin 11 martda Azərbaycana rəsmi səfəri hər iki ölkə arasında sıx əlaqələrin, əməkdaşlığın daha da genişləndirilməsinə yeni səhifə açacaq. Səfər zamanı hər iki prezident arasında bir sıra vacib məsələlər barədə razılaşmalar əldə olunub. Prezidentin açıqlamalarından məlum olub ki, səfər çox uğurlu və məhsuldar olub.

Hər iki dövlət bir sıra regional təşkilatlarda təmsil olunurlar. Astana ilə Bakı istər regional, istər qlobal, iqtisadi işlərdə də ümumilikdə milli maraqların  həyata keçirilməsində birgə mövqedən çıxış edirlər. Qazaxıstan həm iqtisadi gücünə, həm də ərazisinə görə Mərkəzi Asiyada dominant ölkədir. Qazaxıstan təkcə qərbdə deyil, dünyanın güc mərkəzlərindən olan Çin ilə çox yaxşı əlaqələrini qorumaqdadır.

Qazaxıstan prezidentinin ölkəmizə səfəri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ( TXBNM) Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə əməkdaşlığın genişləndirilməsinə yeni töhvələr verir.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinin bərpasına Astana həmişə öz dəstəyini ifadə edib. İşğaldan azad olunan ərazilərdə quruculuq-bərpa işlərində də köməyini təklif edib.

Xoşməram olaraq da Fizuli şəhərində Uşaq Yaradıcılıq Mərkəzi inşa edib. Onu da diqqətə almaq lazımdır ki, Qazaxıstan Ermənistanın da təmsil olunduğu KTMK hərbi blokunda Azərbaycana qarşı İrəvanın təhriki ilə hər hansı bir addımın atılmasına imkan verməyib. Qazaxıstan Türk Dövlətləri Təşkilatının daha da möhkəmləndirilməsi üçün Azərbaycanla birlikdə önəmli rol oynayır. Bu səfərdən sonra daha fəal və keyfiyyətli mərhələyə qədəm qoyulacağı şübhə doğurmur.

Ümumiyyətlə, qardaş və strateji müttəfiqimiz olan Qazaxıstan hər mənada Azərbaycanın yanında olub və bu iki dövlət bir-birinə çox sıx əməkdaşlıq münasibətini qoruyaraq faydalı, məhsuldar işlərə birgə imza atmışlar. Ona görə də hesab edirəm ki, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlərin nəticələri hər iki dövlət üçün uğurlu olacaq.

Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü

 

Oxşar Xəbərlər

Back to top button