Analitika

Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir

Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi son dərəcə vacibdir. Prezidentimiz cənab İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsinə böyük önəm verir. Azərbaycanın Qazaxıstanla münasibətlərinin ildən-ilə inkişaf etməsi də deyilənlərə əyani misal ola bilər.Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərir. Ortaq tarixə,mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir. Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar.Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir. Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri bir daha təsdiqləyir.Bu rəsmi səfər hər iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutub. Tokayevin ölkəmizə səfəri və Prezidentimiz cənab İlham Əliyevin onu dostcasına qarşılaması, həqiqətən Azərbaycan və Qazaxıstanın dost və qardaş ölkələr olduğunu nümayiş etdirir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında imzalanan qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və strateji müttəfiqliyin möhkəmləndirilməsi üzrə komplex proqramı və bəyannamə Azərbaycan və Qazaxıstanın bir sıra siyasi məsələlərin həllində və regional təhlükəsizliyin təmin olunmasında birgə fəaliyyətini daha da gücləndirəcək. Azərbaycanın MDB məkanında keçmiş postsovet dövlətləri ilə əlaqələrini möhkəmləndirməsi siyasəti uğurlu proseslər ilə davam edir. Belə ki, həmin ölkələr arasında Qazaxıstan Respublikasının da önəmli yeri və rolu mövcuddur. Lakin o da sirr deyil ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün daha çox və daha geniş imkanlar və potensial mövcuddur.Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Burada eyni soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır.Azərbaycanla Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində ötən illər ərzində uğurlu göstəricilər əldə edilib.Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsi aparılır. Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib.Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib. Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button