Qarşılıqlı səfərlər iki ölkə arasında yüksək səviyyəli olan əlaqələri göstərir
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər. Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq nəticəsində ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq baş tutub. Müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər və strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bunun təsdiqidir.
Bəyanata əsasən ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Bütövlükdə dünya gündəliyinin mərkəzində olan energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır.
SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Bununla yanaşı Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir.
Bir neçə ölkəni, iki dənizi birləşdirən layihə olan Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir. Azərbaycanın Buxarestdəki əsas tədbiri məhz bu yaşıl enerji ilə bağlı idi. Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Bu həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaqdır.
Məmmədova İlahə,
Xəzər rayonu, 125 № li tam orta məktəbin ibtidai sinif müəllimi