Qardaş Türkiyəyə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycanın göstərdiyi dəstək
Fevral ayının 6-sı Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ xəbəri ilə səhəri açdıq. Baş vermiş hadisədən böyük sarsıntı və təəssüf hissi kecirən xalsımız və dövlətimiz həmin an bütün sahələrdə hərəkətə keçdi. Baş vermiş fəlakəti öz fəlakəti sayan dövlət başçımız Prezident İlham Əliyev ilk öncə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana başsağlığı məktubu ünvanladı. Məktubda Kahramanmaraşda və digər bölgələrdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı dağıntlar və insan tələfatı xəbərindən kədərləndiyimiz vurğulandı. Baş vermiş hadisə ilə əlaqədar hər cür kömək göstərilməsinə hazir olduğumuz vurğulandı. Dövlət başçımız faciə ilə əlaqədar Türk həmkarına, həlak olanların ailələrinə, yaxınlarına baş sağlığı vermiş, zəlzələ nəticəsində yaralananlara şəfa diləyib. Prezidentimiz həmçinin zəlzələ nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Fevralın 6-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğana telefon zəngi etmişdir. Baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan xalqının çox sarsıldığını, kədərləndiyini bildirən Prezident qeyd etmişdir ki, bu ağır günlərdə ölkəmiz Türkiyənin dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir birinin yanındadır.
Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 6-da baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Burada faciədə həlak olanların yaxinlarına başsağlıəğı verilib, Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbr dilənmişdir.
Eyni zamanda Prezident İlham Əliyev fevralın 8-də Türkiyə respublikasının ölkəmizdəki səfirliyində olmuş, Türkiyədə baş vermiş zəlzələnin nəticələri və çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı vermiş və çıxış etmişdir.
Azərbaycan hər zaman olduğu kimi zəlzələdən sonra ilk dəqiqələrdə qardaş Türkiyənin yanında olmuşdur. Bu açı hadisənin fəsadlarının aradan qaldırılmasında balaca da olsa kömək etmişiksə bunu özümüzə şərəf bilirik. Hadisə xalqımızı çox sarsıtdı. Qardaşlarımızın dərdinə şərikik. Yaralılara Allahdan şəfa diləyirik.Azərbaycandan davamlı olaraq xilasedicilər, könüllülər, göndərilir. Xalqımız könüllü olaraq qardaşlarına dəstək olmaq üçün kimin əlində nəyi var onu gətirir. Biz bütün dünyaya bir daha nümayiş etdirdik ki, bizdə təkcə dövlətlərarası deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində əsl qardaşlıq əlaqələri mövcuddur.
İctimai təşkilatlar, o cümlədən Heydər Əliyev Fondu böyük təşəbbüsə start vermişdir. Fondun bütün insanları, imkanları yardım kompaniyasına qoşulublar. Özəl sektor da köməyini əsirgəmir. Onlar da maddi və texniki yardım göstərçəyə başlamışlar.
Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. Bütün dövlət qurumları bu gün Qardaş türkiyənin yanındadır. Bütün yardımlar bir mərkəzdən idarə olunacaq. Ölkəmizin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi üçün bütün şərait var. dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas amildir. Türkiyə bu ağır və açı savaşdan şərəflə çıxacaq. Deyildiyi kimi Türkiyədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldlrılması ilə bağlı Azərbaycan böyük dəstək gösrətmişdir.
6-8 fevral tarixində Azərbaycandan Türkiyəyə 7 təyyyarə, bir avtomobil karvanı göndərilib.
8 fevralda 14 yük avtomobili krvanı 29 şəxsi heyət, səhra mətbəxi,humanitar yardım, FHN-nin şəxsi heyətinin təminatını Türkiyəyə çatdırıb. 6-8 fevral arasinda FHN–in 725 nəfər heyəti Türkiyəyə göndırilib. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Zəlzələdən zərər çəkənlərə dəstək məqsədi ilə 9 fevral tarixində Naxçıvandan 12 TIR yola salınıb.
OHT-lər qardaş köməyi adlı platforma yaradıb. Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə Azərbaycan ordusunun hərbi Tibbi personalı ezam edilmişdir. Müxtəlif təyinatlı 20 həkim baş verən hadisənin ilk saatlarından qardaş ölkəyə ezam olunub.
Ölkəmizin müxtəlif bölgələrindən Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə kompaniya başlanlb. Sərt hava şəraitinə baxmayaraq yardım toplama məntəqələrinə axın edən insanlar öz köməkliklərini əsirgəmirlər. Eyni zamanda ölkənin Ali təhsil müəsisələrində, ümumtəhsil müəsisələrində zərərməkmişlərə humanitar yardım məqsədi ilə aksiyalar keçirilir.
İnanırıq ki, tarixin və zamanın ən sərt sınaqlarından keçən, qardaş Türkiyə bu çətinliyə də ləyaqətlə sinə gərəcək, əsrlərin sınağından kecən qardaşlığımız daha da möhkəmlənəcək.
Əliyev Elçin,
Xəzər rayonu, 26№li məktəbin müəllimi