
Azərbaycan ilə Türkmənistan arasında mövcud olandostluq və qardaşlıq münasibətləri uzun illər ərzindəformalaşaraq bu gün strateji əməkdaşlıq səviyyəsinəyüksəlib. Tarixi, mədəni, mənəvi və etnik köklərlə bir-birinə bağlı olan iki xalq arasında əlaqələr qarşılıqlıhörmət və etimad prinsipləri əsasında inkişaf edir. Dövlət başçıları arasında yaranmış səmimimünasibətlər isə ölkələrimiz arasındakı əməkdaşlığındaha da dərinləşməsinə mühüm töhfə verir.
Türkmənistan Prezidenti Sərdar BerdiməhəmmədovunAzərbaycana rəsmi səfəri zamanı Prezident İlhamƏliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər ikiölkə arasındakı münasibətlərin yüksək səviyyədəolduğunu bir daha nümayiş etdirdi. Dövlətimizinbaşçısının “Qarabağın bərpasında köməyə görəTürkmənistana, əziz qardaşım Arkadağ QurbanquluMəlikquliyeviç Berdiməhəmmədova bir dahatəşəkkürümü bildirmək istərdim” sözləriTürkmənistanın Azərbaycanın haqq işinə verdiyidəstəyin və qardaşlıq münasibətlərinin parlaq ifadəsikimi diqqət çəkdi.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixiQələbədən sonra işğaldan azad edilmiş ərazilərdəgenişmiqyaslı bərpa və yenidənqurma işlərinəbaşlanılıb. Dövlət tərəfindən həyata keçirilən layihələrQarabağ və Şərqi Zəngəzurun qısa müddət ərzindəyenidən dirçəldilməsinə xidmət edir. Müasir şəhərlərin, kəndlərin, məktəblərin, xəstəxanaların, yolların vədigər infrastruktur obyektlərinin tikintisi regionun yeniinkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Buprosesdə dost və qardaş ölkələrin dəstəyi xüsusiəhəmiyyət daşıyır.
Türkmənistan Qarabağın yenidən qurulmasına töhfəverən ölkələr sırasında önəmli yer tutur. Türkmənxalqının ümummilli lideri QurbanquluBerdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərindəinşa edilmiş Kurmanqazı adına Uşaq YaradıcılıqMərkəzi bunun ən gözəl nümunələrindən biridir. Müasir standartlara uyğun şəkildə tikilmiş bu mərkəzgələcəyimizin təminatçısı olan uşaqların yaradıcılıqqabiliyyətlərinin inkişafına, onların hərtərəfliformalaşmasına xidmət edir. Bu layihə yalnız sosialobyekt deyil, həm də Azərbaycan-Türkmənistandostluğunun və qardaşlığının rəmzi hesab olunur.
Qarabağın bərpasında göstərilən dəstək iki ölkəarasında mövcud olan münasibətlərin səmimiliyini vəmöhkəm təməllər üzərində qurulduğunu nümayişetdirir. Türkmənistan hər zaman Azərbaycanın ərazibütövlüyünü və suverenliyini dəstəkləyib. Beynəlxalqtəşkilatlar çərçivəsində ölkələrimiz bir-birininmövqelərini müdafiə edib, regional və qlobalməsələlərdə qarşılıqlı əməkdaşlıq nümayiş etdiriblər. Bu baxımdan Qarabağın bərpasına verilən töhfə siyasimünasibətlərin məntiqi davamı kimi qiymətləndiriləbilər.
Azərbaycan və Türkmənistan arasında əməkdaşlıqyalnız siyasi sahə ilə məhdudlaşmır. İqtisadiyyat, enerji, nəqliyyat, logistika, humanitar və mədənisahələrdə həyata keçirilən layihələr əlaqələrin hərtərəflixarakter daşıdığını göstərir. Xəzər dənizi hövzəsindəyerləşən iki dövlətin həyata keçirdiyi təşəbbüslərregionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafıntəmin olunmasına mühüm töhfələr verir. Orta Dəhlizininkişafı, nəqliyyat marşrutlarının genişləndirilməsi vəyeni logistika imkanlarının yaradılması ölkələrimizinstrateji əhəmiyyətini daha da artırır.
Mədəni-humanitar əlaqələr də Azərbaycan-Türkmənistan münasibətlərinin vacib istiqamətlərindənbiridir. Ortaq tarixə, dilə və mənəvi dəyərlərə malikolan xalqlarımız arasında qarşılıqlı anlaşma və yaxınlıqdaim yüksək səviyyədə olub. Müxtəlif mədənitədbirlər, humanitar layihələr və təhsil proqramları buəlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Qarabağda həyata keçirilən layihələr isə bu dostluğunreal nəticələrini əks etdirir.
İşğaldan azad edilmiş ərazilərdə aparılanyenidənqurma işləri Azərbaycanın gücünü, iqtisadiimkanlarını və siyasi iradəsini nümayiş etdirməkləyanaşı, beynəlxalq tərəfdaşların ölkəmizə olanetimadını da göstərir. Qarabağ bu gün böyük quruculuqmeydanına çevrilib. Burada həyata keçirilən layihələrregionun iqtisadi potensialının bərpasına, keçmişməcburi köçkünlərin doğma torpaqlarına qayıdışına vədayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Dostölkələrin dəstəyi isə bu prosesin daha sürətli vəsəmərəli şəkildə həyata keçirilməsinə əlavə imkanlaryaradır.
Prezident İlham Əliyevin Türkmənistana və xüsusiləQurbanqulu Berdiməhəmmədova ünvanladığı təşəkkürifadəsi iki ölkə arasında mövcud olan yüksək səviyyəlimünasibətlərin göstəricisidir. Bu təşəkkür yalnız birlayihəyə görə minnətdarlıq deyil, eyni zamandaAzərbaycan-Türkmənistan qardaşlığının, qarşılıqlıhörmətin və etimadın ifadəsidir. Qarabağın yenidənqurulmasına verilən töhfələr gələcək nəsillər üçün dədostluq körpüsü rolunu oynayacaq.
Bu gün Azərbaycan və Türkmənistan münasibətləriyeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətbaşçılarının siyasi iradəsi, xalqlarımızın qarşılıqlırəğbəti və ortaq maraqlar əməkdaşlığın daha dagenişlənəcəyini göstərir. Qarabağın bərpasıistiqamətində həyata keçirilən layihələr isə buəməkdaşlığın ən parlaq nümunələrindən biri kimitarixə düşür. Qardaş Türkmənistanın göstərdiyi dəstəkAzərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir vəbu münasibətlər gələcəkdə də uğurla inkişaf edəcəkdir.
Leyla Həsənova ,
YAP Xətai fəalı,265 saylı məktəbin müəllimi



