Qarabağdakı erməni azlığın hüquqları qorunacaq və təhlükəsizliyi təmin ediləcək
Azərbaycan xalqına qarşı erməni təcavüzkarlığının tarixi daha qədimdir və elə həmin vaxtlarda da erməni təcavüzkarlığı öz dəhşətlərinə görə XX əsrdə baş verən faciələrin dəhşətlər.Bakı Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini müzakirə etməyə hazırdır, ancaq bir şərtlə: hazırda özünü “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” kimi təqdim edən Ruben Vardanyan danışıqlarda tərəf olmayacaq. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusundakı plenar iclasda çıxış edərkən deyib. “Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir”, – İlham Əliyev çıxışında qeyd edib. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır:”Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs – Vardanyan bizim ərazimizi tərk etsin”. İşğal dövründə Ermənistan tərəfindən demoqrafik vəziyyətə təsir etmək məqsədilə Qarabağa bölgədə doğulmamış ermənilərin köçü həyata keçirilib. Müharibədən sonra belə ermənilərin hələ də Qarabağda olduğu istisna deyil. O cümlədən, Rusiyanın əhalinin sayını artırmaq üçün Qarabağa daşıdığı ermənilər arasında bölgədə doğulmayanları, ümumiyyətlə burada yaşamamış şəxsləri gətirdiyi də bəllidir.Arxivdə işğal dövrünə qədər Azərbaycan vətəndaşı olmuş ermənilərin siyahısının olduğu istisna deyil. Üzərindən 30 il keçsə də, həmin şəxsləri və onların övladlarını müəyyənləşdirmək mümkündür. Qarabağda məhz bu ermənilərin yaşamaq hüququ olmalıdır. Söhbət həm də təkcə Qarabağda doğulanlardan yox, doğulduqdan sonra ömrü boyu burada yaşamış ermənilərdən gedir.Gözləniləndir ki, Bakının Qarabağa dair demoqrafik siyasətində bu prinsipin tətbiq ediləcək”.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı